Qurbanverme Film 1986 - Wikipedia
Qurbanvermə (isv. Offret) — Sovet kinematoqrafiyasının ən istedadlı rejissoru Andrey Tarkovski özünün "Qurbanvermə" filmini çəkərkən artıq xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilirdi. Film də sanki Tarkovskinin Qurbanverməsi oldu. 54 il yaşadı.
Qurbanvermə | |
---|---|
fr. Le Sacrifice | |
Janr | dram filmi[1] |
Əsas mövzu | Üçüncü dünya müharibəsi[2], Qurbanvermə[2] |
Rejissor | |
Ssenari müəllifi | |
Bəstəkar | |
Quruluşçu rəssam | Andrey Tarkovski |
Montajçı | Andrey Tarkovski |
Distribütor | Netflix |
İlk baxış tarixi | 9 may 1986[3][4], 8 yanvar 1987[5], 12 may 1986[4], 14 may 1986[4], noyabr 1986[4] |
Müddət | 149 dəq. |
Ölkələr | |
Dillər | isveç dili, ingilis dili, fransız dili |
Rəng | rəngli |
IMDb | ID0091670 |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süjet xətti
redaktəİsveçdə, şəhərdən kənar sakit bir yerdə bir yazıçı yaşayır. Film yazıçının öz doğum günündə oğlu ilə birlikdə ağac əkməsi ilə başlayır. Belə bir inam var ki öz həyatın haqda fikirləşmədən ağac əkə bilməzsən. O özünün doğum günü evə qayıdarkən lal(doğulandan) oğlu ilə insanlığın əbədi varlığı haqda(bu da daimi Tarkovski fəlsəfəsi) söhbət edir. Hər şey sakit və olmalı olduğu kimi gedir. Qonaqlar gəlir. Yazıçıya məktublar, təbriklər və s. Amma.. Hamı qonaq otağında ikən televizor vasitəsilə dəhşətli bir xəbər verilir. Havaya iki nüvə raketi buraxılıb və bir müddətdən sonra hər şey məhv olacaq.
Filmdə hadisələr demək olar ki bir evdə cərəyan edir. Hər şey burada baş verir. Tarkovskinin yaratdığı obrazlar bütün iztirabları, bütün acıları, bütün dəhşəti bir evdə yaşayırlar. Televizorda danışan aparıcı: - Hər bir şüurlu vətəndaş hazırda özünü mərd saxlayıb soyuqqanlılığını göstərməlidir. Belə ki yeganə bu dəqiqə daxili düşmən vahiməyə düşməkdir. Yalnız nizam və intizam dəyərli vətəndaşlar. Bu gün də Tarkovski insan mənəviyyatını və insan varlığını araşdıran ən güclü 5 rejissordan biri kimi qalır. Tarkovski yaradıcılığı ilə tanış deyilsizsə o zaman Qurbanvermədən başlamayın. Yox, Tarkovski yaradıcılığını sevirsizsə o zaman filmdə gedən monoloqları çox bəyənəcəksiz. Əgər izləməyə ürək etsəz o zaman bütün iradənizi və səbrinizi toplayıb baxın.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.imdb.com/title/tt0091670/.
- ↑ 1 2 Cakarel E. MUBI (ing.). 2007.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ 1 2 3 4 IMDb (ing.). 1990.
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
Mənbə
redaktə- "Жертвоприношение" на сайте проекта об Андрее Тарковском
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |