Qurulus Osman Ii Movsum - Wikipedia
Quruluş: Osman (II mövsüm) — türk istehsalı olan Quruluş: Osman adlı tarixi və döyüş serialının ikinci mövsümü, 28-ci seriyası ilə 7 oktyabr 2020-ci ildə yayıma başlamış və 23 iyun 2021-ci ildə yayımlanmış olan 64-cü seriyası ilə başa çatmışdır. Bu mövsüm ərzində ümumilikdə 37 seriya nümayiş etdirilmişdir.
II mövsüm | |
---|---|
Ölkə | Türkiyə |
Ekranlaşdırma | |
Orijinal efir | 7 oktyabr 2020 – 23 iyun 2021 |
Mövsüm xronologiyası | |
← Əvvəlki Quruluş: Osman (I mövsüm) Sonrakı → III mövsüm |
Süjet xətti
redaktəQulucahisar qalasının alınması ilə Konstantinopolun və Bizans imperatorunun qəzəbini üstünə çəkən Osman bəy ekstremal regionda (uclarda) sülhü təmin edir. Osman bəyə qarşı hərəkətə keçən və ən təcrübəli sərkərdələrindən olan Aya Nikolanı regiona göndərməyə qərar verən Bizans imperatoru, əldə etmiş olduğu müvəffəqiyyətləri ilə bütün türk tayfalarına ümid bəxş edən bu türk bəyini aradan götürməyi qərara alır. Qayı Obasının yayı keçirdiyi yaylaya hazırlanmış olan sürpriz hücum Bizans imperiyasının məqsədini üzə çıxarsa da, Osman bəy bu rüsvayçılığın hesabını çəkməkdə qərarlıdır; Ağsaqqallardan aldığı tapşırıq ilə birlikdə Alplarını bir yerə cəmləşdirir. Ərtoğrul bəyin geri qayıtması ilə yaralarını sağaltmağa çalışan Qayı obası böyük sevincə qərq olur. Osman bəy Bizans ordusunu məhv edir. Lakin Osman bəy işlərinin çox olmasına görə Ərtoğrul bəyin obaya qayıtdığından bixəbərdir. Sonrakı bölümlərdə Osman bəy atası Ərtoğrul Qazinin obaya qayıtdığını öyrənir. Osman Qazi Obaya qayıtdıqdan sonra böyük qardaşı Savcı bəylə bəylik mübarizəsinə girişir. Keyxatu obaya gəlir və Osman bəyin onun oğlunu əsir saxladığını fikirləşir. Onu cəzalandırmaq istəyir, lakin Osman Qazi Keyxatuya oğlu Mönkenin xain olduğunu sübut edir və Keyxatu oğlu Mönkeni öldürür. Bundan sonra Aya Nikola Kulucahisar qalasını geri alır. Bunu öyrənən Osman Qazi qəzəblənir və qalanı yenidən ələ keçirmək üçün planlar hazırlayır. Hər kəsə qarşı çıxaraq Bamsı Beyrəyin dəstəyi ilə Qulucahisar qalasını yenidən ələ keçirir. Ərtoğrul bəy xəstəliyinə görə bəylik varisinin adını çəkə bilmədən vəfat edir. Ərtoğrul bəyin ölümündən sonra bəylik məclisi keçirilir və Osman bəy Qayı tayfasının bəyi seçilir. Qardaşı Savcı bəydən alpbaşı vəzifəsini, əmisi Dündar bəydən isə Söyüdün idarəçiliyini alır və alpbaşı vəzifəsinə ən yaxın dostu olan Göytuğu, Söyüdün idarəçiliyinə isə digər böyük qardaşı olan Gündüz bəyi təyin edir. Bu vəziyyəti və Osman bəyin bəy olmasını qəbul edə bilməyən dayısı Dündar bəy Aya Nikola ilə əməkdaşlığa başlayır və Osman bəy bundan xəbər tutan kimi əmisini cəzalandırır. Onu kamanla boğaraq ona sərt bir xəbərdarlıq edir. Amma Dündar bəy Osman bəyi taxtdan salmaq istəyindən əl çəkmir. İndi də onun xəyanəti obaya daha böyük ziyan vurmağa başlayır. Dündar bəyin Ermənibeli döyüşündəki xəyanətinə görə Osman bəy çoxlu şəhid vermiş, qardaşı oğlu Bayhocanı da itirmişdir. Osman bəy Umur bəyin ona verdiyi zikkir (baş barmağa taxılan üzük) sayəsində Obadakı xainin dayısı Dündar bəy olduğunu başa düşür və onu arxadan ürəyinə ox ataraq öldürür. Bu arada Aya Nikola Söyüddə Petrusun açdığı tunellərlə Söyüdü ələ keçirmək istəyir. Lakin Dündar bəy ölməzdən əvvəl Osman bəyə hər şeyi danışır. Osman bəy hücumun qarşısını alır və Nikolanın özü öz qazdığı quyuya düşür. Bundan sonra Osman bəy Domaniç müharibəsində çətinliklə də olsa qalib gəlir. Amma onun böyük qardaşı Dündar bəy bu müharibədə şəhid olur. Daha sonra Umur bəylə aralarındakı münaqişəyə son qoymaq üçün Qızıl bəy oğlu Umur bəyin qızı Malhun Xatunla evlənir. Mövsümün finalında Osman bəyin Malhun Xatundan Orxan adlı bir oğlu dünyaya gəlir və eyni zamanda da Bala Xatun hamilə olduğunu bilir. Sonra böyük bir müharibə olut və Osman bəy bu müharibədə də qalib gəlir. Sonra Osman bəyin oğlu Orxan Qazi dünyaya gəlir. Bundan sonra isə Bala Xatunun da hamilə olduğunu öyrənən Osman bəyin sevinci aşıb-daşır.