Quteybe Bin Muslum - Wikipedia
Qüteybə ibn Müslüm (668, Bəsrə – 715, Fərqanə vadisi) — ərəb sərkərdəsi.
Qüteybə ibn Müslüm | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 668 |
Doğum yeri | |
Vəfat tarixi | 715 |
Vəfat yeri | |
Vətəndaşlığı | Əməvilər xilafəti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Əməvilər xilafəti |
Rütbəsi | general |
Həyatı
redaktəQüteybə ibn Müslüm ərəblərin Bahili qəbiləsindən idi. Qüteybə ibn Müslüm Əfqanıstan və Orta Asiyada elədiyi işğallar ilə Əməvi torpaqlarının sərhədlərini genişləndirmişdir.
704cü ildə Əbdülməlik İbn Mərvan tərəfindən Xorasan valisi təyin edilən Qüteybə, həm də təqribən 50 min nəfərlik bir ordunun sərkərdəsi olur. Xorasandan Şimala və şərqə doğru təşkil etdiyi hücumların birincisində (705) Toxarıstana girərək paytaxt Bəlx şəhərini işğal edir. Şəhər əhalisi təslim olsa da şəhəri dağıdır. Ardından o tarixdə Oxus olaraq adlanan Ceyhun çayını (Amu Dərya) aşaraq Buxara (bu gün Özbəkistanda) və şəhər ətrafındakı Soqdiana torpaqlarını işğal edir (706-709). İşğalları davam etdirərək 706-cı ildə Bəykəndi alır. Şəhər işğal olunarkən bu şəhəri də dağıdaraq bütün kişiləri öldurtdurur. Onun işğallarını durdurmaq üçun Buxara hökumətinin sərkərdə olaraq təyin etdiyi Vərdan xudanı da məğlubiyyətə uğradır. Vərdanın ölümündən (708) sonra Buxaranı ələ keçirir.
Daha sonra Səmərqəndi (710-712), Xarəzm və paytaxtı Xivəni işğal edir. Səmərqənd hökmdarı Nizak Tarxan da ona tabe olur. Həccacın əmri ilə, Sistanın Türk hökmdarı Rutbilin üstünə hücum edir, ancaq ona Ərəb hakimliyini qəbul etdirə bilmir. Xarəzm hökmdarı Çiğan, qardaşı Hurrəzata qarşı ondan kömək istəyir, o da Bəlx valisi olan qardaşı Əbdurrahmanı Çiğana köməyə göndərir və Əbdürrəhman Hürrəzatı öldürür. Daha sonra Xarəzmin üç böyük şəhərini Ərəb əsarəti altına alır. Qüteybə ibn Müslim, İraq valisi Həccacın icazəsiylə mühasirəyə aldığı Səmərqəndi sərkərdə Gürəkin güclu müqavimət göstərməsinə baxmayaraq ələ keçirdir. Ordunun baş qərargahını buraya köçürdükdən sonra (714) sonra İsficapa gəlir.
715-ci ildə Orta Asiyanın iç hissəlrinə doğru ilərləyərək Fərqanənı işğal edərək Ərəb imperiyasına qatır. Çin sərhədlərinə qədər irəlilədiyi deyilsə də, bu haqqda yazılı sənəd yoxdur.
Vəlid tərəfindən Xorasan əyalətinin idarə edilməsinə gətirilir. I Vəlidin ölümündən sonra xəlifə olan qardaşı Süleyman ibn Əbdülməlikə bağlılıq andı içməyi rədd edən Qüteybə, əsgərləri arasında bu səbəblə baş tutan üsyan nəticəsində öldürülür.
Qüteybənin işğal etdiyi torpaqların çoxu idarəçilik baxımından Mavəraünnəhrə (Ceyhun çayının arxasındakı torpaqlar) bağlanır. Qüteybənin işğal etdiyi bölgələrdə hərbi idarəçilik yaratdığından o günə qədər çoxu Buddist olan bölgə xalqlarını zorla müsəlmanlaşdırır. Qüteybənin işğal etdiyi Səmərqənd və Buxara zamanla İslam mədəniyyətinin ən böyük şəhərləri və Orta Asiya xalqlarının elm mərkəzi olur. Qüteybənin ölümündən sonra ərəblər, Mavəraünnəhirdə möhkəmlənə bilmirlər. Göytürklərin yenidən gücəndikləri vaxtda xaqan Gültəkin, Mavəraünnəhirdəki bəzi yerlərini işğalçı ərəblərdən geri alır.[1]