Qvineya Cereyani - Wikipedia
Qvineya Cereyani - Wikipedia - Haqqında Məlumat
Qvineya cərəyanı — Afrikanın qərb sahilləri boyunca yavaş axan və Atlantik okeana aid edilən[1] isti cərəyan. Qvineya körfəzində qərbdən şərqə axaraq, sonradan cənub istiqamətində dönüş edir. Anqola və Cənubi Ekvator əks cərəyanı ilə birlikdə Qvineya körfəzinin siklon cərəyanını yaradır. Cərəyanlar arasında olan sərhəd mövsümə görə dəyişir, amma təxmini başlanğıcı 10° q.u. sayılır. Suyun orta illik temperaturu 26—27 °C, şərqdən qərbə irəliləyərkən, cərəyanın sürəti azalır. Ən yüksək sürəti gün ərzində 44 km, bəzi hallarda gün ərzində 88 km qədər sürətlənə bilər.
Qvineya cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | İsti |
Orta temperatur | 26-27 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "Okeana aid olunduğu". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.