Rovsen Lenkeranski - Wikipedia
Məlumatı yoxla. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin üslubu və ya stili Vikipediyada istifadə olunan ensiklopedik tərzdə olmaya bilər. |
Rövşən Rafiq oğlu Canıyev (rus. Ровшан Рафиг оглы Джаниев; 27 yanvar 1975, Lənkəran – 18 avqust 2016, İstanbul) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru, iş adamı.
Rövşən Lənkəranski | |
---|---|
tal. Рөвшән Ҹәнијев türk. Rövşen Caniyev | |
Doğum tarixi | 27 yanvar 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 2016 (41 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Qanuni oğru |
Vikianbarda əlaqəli mediafayllar |
17 yaşı olarkən polis işçisi olan atası o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib.[1]1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib.[1]
2000-ci ilin iyununda Rövşən Canıyev Bakıda kriminal aləmdə şöhrət qazanmış Kəramət Məmmədovu güllələyib və ağır yaralayıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə barəsində cinayət işi təzələnib, lakin o istintaqdan qaçıb gizləndiyinə görə barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunub.[1]
2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinib, lakin girov müqabilində azadlığa çıxa bilib.[1]
2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.[1]
2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulub.[1] 18 avqust 2016-cı ildə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində isə öldürülüb.[1]
Bəzi mənbələr onun ölmədiyini iddia edir.[2]
Həyatı
redaktəRövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəli idi.
İlk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Baxmayaraq ki, hakim ona 12 il müddət vermişdi. Rövşən Canıyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub, lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib[3].
Rövşən Canıyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir, lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Rövşən Lənkəranski Ukraynada da böyük nüfuz sahibi idi. Ded Xasanın ölümündə Lənkəranskinin də əli olduğu ehtimal olunur.
Ailəsi
redaktəRövşən Lənkəranskinin atası 1992-ci ildə öldürüldükdən sonra o, anası Hacı Məsudə xanım və qardaşı Namiq Canıyev ilə birlikdə yaşayıb. Onların ata-baba yurdu Lənkəranda Kiçik Bazar adlanan yaşayış massivindədir.
Qardaşı Namiq Canıyev uzun müddət Dövlət Gömrük Komitəsində çalışıb.
Ümumilikdə götürdükdə Canıyevlər ailəsi dinə və islama bağlı şəxslərdir. Rövşənin özünün də dindar olması və hər zaman xeyirxah insan olması hər kəsə məlumdur. Rövşən Canıyevin ailəli olduğu və övladı olması barədə də məlumat var.
Atasının qətli
redaktə21 may 1992-ci ildə saat 21–22 radələrində Astaradan Lənkərana dönən VAZ 2106 markalı "Jiquli" maşını Pensər çayının üstündə yeni salınmış körpüdə üç nəfər silahlı şəxs tərəfindən saxlanıldı. Bu üç nəfər şəxs əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş Sovet və Qüvvət (ona Vətən də deyirdilər) Quliyev qardaşları, Ədalət Məlikov Şahağacı kəndinin sakinləri idilər.
Lənkəran şəhər çörək kombinatının direktoru Rafiq Eynəli oğlu Canıyevin idarə etdiyi maşında T. adlı gənc bir qadın da vardı. Cinayətkar qrup Rafiq Canıyevi uzun-uzadı çək-çevirdən sonra daş, dəmir, ling və s. küt alətlərlə döyür, maşının bütün şüşələrini sındıraraq qadının çıxmasını təkid edirdilər. Bir azdan hadisə yerinə Şahağacı kəndinin hakimiyyət nümayəndələri gəlir. İki qonşu rayon arasında ədavətçilik toxumu səpən bu özbaşınalığın qarşısını almağa çalışırlar, lakin gözlərini qan tutmuş cinayətkar dəstə onlara qarşı kobudluq edirlər və güya "rəhmə gəlib" ağır yaralanmış Rafiqi QAZ-24 markalı maşına qoyub xəstəxanaya aparmaq adı ilə Sovet Quliyevin həyətinə gətirirlər. Beyninin qurdu tərpənmiş Sovet avtomat silahı götürüb həyət-bacanı güllə-baran edir və sonra yaralı vəziyyətdə olan Rafiqi güllələyib qətlə yetirir.
1957-ci ildə Şahağacı kəndində anadan olmuş Sovet Quliyev 1984-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1954-cü il təvəllüdlü Ədalət Məlikov hələ 1983-cü ildə Saratov vilayətinin Balaşov şəhər məhkəməsində RSFSR CM-nin 206-cı maddəsiylə, 1955-ci ildə anadan olmuş Qüvvət isə AR CM-nin 207-ci maddəsiylə həbs cəzasına məhkum edilmişdilər.
Respublikada reket və soyğunçuluqla məşğul olan qrupların tüğyan elədiyi vaxtda öz həmkəndliləri üçün belə təhlükəli olan bu şəxslər törətdikləri ağır cinayətdən sonra aradan çıxa bildilər.
Sovetin böyük qardaşı, dar ayaqda kasıb-küsuba əl tutan Bığ Gülağanın (Dədə ləqəbi ilə tanınan şəxsin) evi darmadağın edilib yandırıldı. Gülağa, həyat yoldaşı, övladlığa götürdükləri qız uşağı və bir neçə nəfər "Subtropik əməliyyatı"nın qurbanı oldular. Sağlığında: "Mənim qardaşlarımla heç bir əlaqəm yoxdur!" deyən Gülağanın qəbahəti hüquq-mühafizə orqanları qarşında "boyun əyməməsi" idi. Əslində sübh çağı qəfil keçirilən bu əməliyyatın nə olduğunu anlaya da bilməzdi. O vaxtlar əsl cinayətkar qrup zərərsizləşdirilmədiyinə görə tez-tez belə şayiələr də gəzirdi ki, Rafiq Canıyevin qisasını almaq üçün Lənkərandan güya Şahağacına silahlı basqın gözlənilir.
Cənub bölgəsində İsgəndər Həmidovun əməliyyatına bəraət qazandıranlar da oldu. Və beləliklə, üç böyük cilddən ibarət 3948 saylı cinayət işi əslində, tamamlanmamış qaldı. Axtarışda olan Sovet Quliyev isə 1993-cü ildə Vladivostok şəhərində törətdiyi başqa bir cinayət işinə görə həbs olundu.
Atasının qatilini güllələməsi
redaktəHörmətinə və səxavətinə görə Lənkəranda nüfuz sahibi olmuş Rafiq Canıyevin vəhşicəsinə qətlə yetirilməsinə çoxları təəssüflənirdi, lakin bu itki ən ən çox onun o vaxt 21 yaşına yenicə qədəm qoymuş oğlu Rövşəni bərk sarsıtmışdı. 4 il qatilini axtaran nigaran ruh oğlunun yuxusuna gələrdi. Mənəvi iztirablarla, ruhi sarsıntılarla yaşa dolurdu Rövşən.
Astara polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində atasının qatili uzaq Naxodkadan Azərbaycana gətiriləndə bütün ailə üzvləri kimi o da məhkəmənin başlayacağı günü nigarançılıqla gözləmişdi. Müttəhim kürsüsündə oturmuş qatil Rövşənin baxışlarına sanki davam gətirməyib, Rövşənə: "sən bayıra çıx!" deyə ağayana işarə vermişdi və Rövşən cibindən çıxartdığı tapançanı müttəhimə tuşlayıb 4 dəfə atəş açır. Güllələrin üçü hədəfə sancılır. Tapançanı özü məhkəməyə təhvil verib, sakitcə: " Məni ədalətlə mühakimə edin!" deyir. Bu hadisə 1996-cı ildə baş verir. O, xəstəxanaya çatdırılsa da, orada ölür. Bu zaman Rövşənin 21 yaşı olur. Elə hadisə yerindəcə polis onu həbs edir. Bu əməlinə görə, Rövşən Canıyevə 2 il həbs verilir, amma 1997-ci il mart ayında azadlığa çıxır. Elə bu illərdə o özünün "Oğru aləmə" girdiyini elan edir. 2 il həbs müddətindən sonra o azadlığa çıxır və o bir müddət güləşlə məşğul olur.
Kriminal aləmə gəlişi
redaktə2000-ci ildə Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. "Lənkəranski" həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Oradan çıxandan sonra Rövşən 2002-ci ildə Azərbaycanı tərk edib, Moskvaya gedir. Azərbaycanda hüquq mühafizə orqanları onu axtardığı üçün o bir daha ölkəyə qayıda bilmir. Bundan sonra Rövşən Rusiya Federasiyasının vətəndaşlığını qəbul edir. Bu il ərzində o Rusiya, Ukrayna və bəzi Avropa ölkələrində nüfuz toplayır. Özünü bu aləmdə kifayət qədər etibarlı və nüfuzlu şəxs kimi təqdim etməyi bacaran Rövşənə 2003-cü ildə lotu Nardaranlı Mirseymur ona "Qanuni oğru" adını verib.
Həmin ildə o ilk böyük qətllərdən birini təşkil edir. Rusiyanın Sank-Peterburq şəhərində kriminal qruplaşmanının lideri olan Elçin Yevlaxinski ləqəbli Elçin Əliyevin qətli də məhz onun adı ilə bağlıdır. O, 2003-cü ildə Moskvada Apelsin-Boulunq klubunda öldürülüb. Polis araşdırmalar zamanı 2004-cü ilin dekabrında Canıyevi bu qətllə bağlı şübhəli şəxs qismində saxlayır, lakin bir müddət keçəndən sonra onu Moskvanı tərk etməmək şərti ilə azadlığa buraxırlar. Bir müddət onun həyatında sakit illər keçsə də, 2006-cı ildə Moskvada Kutaisi qruplaşmasının liderləri ilə "sxodka" zamanı polis tərəfindən saxlanılır. Bu zaman o üzərindəki saxta pasportu göstərərək tanınmamağa nail olub. Bundan sonra o azad edilib. Bundan 1 ay keçməmiş yenidən Canıyev polislə üz-üzə gəlməli olub. Bu dəfə o Moskvada Lujniki qapalı idman kompleksinin zalında "sxodka" zamanı təhlükəli anlar yaşayıb. Hətta ölümlə üz-üzə dayanıb. Həmin vaxt "vor-zakon"-ların mühafizəçiləri ilə omonçular arasında güclü atışma baş verib. Atışma zamanı bir neçə nəfər öldürülsə də, Rövşən ərazidən uzaqlaşa bilib.
Ukraynada həbsi
redaktə2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13 — də Azərbaycana ekstradisiya olunub.2010-cu ildə Ağır Cinayətlər Məhkəməsində Rövşən Lənkəranskinin məhkəməsi keçirilir. Bu məhkəmə prosesi ümumi məhkəmələrdən ciddi şəkildə fərqlənir. Maraqlı məqamlardan biri məhkəmənin açıq olmasına baxmayaraq, kənar adamların buraya buraxılmaması qaranlıq qalan məqamlardandır.
2010-cu ildə dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb. Bundan sonra Ukraynada yaşayıb.
Interpolun axtarışı
redaktəRövşən Canıyev İnterpol xətti ilə iki dəfə axtarışa verilib. İtaliya hökuməti 2013-cü ilin sentyabrında Rövşən Canıyevi mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilərək barəsində dövlətlər arası axtarış elan etmişdi, lakin 1 il sonra 2014-cü ilin fevralın 28 — də İtaliya azərbaycanlı kriminal avtoritet barəsində elan etdiyi axtarışı dayandırıb. Bundan sonra Rövşən Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülür. Bu hadisələr də özlüyündə maraqlı və sirli olaraq qalır. Bir çoxları bunu Canıyevin nüfuzu və gücü ilə izah edirlər.
Kriminal düşmənləri
redaktəNüfuzlu avtoritetin dostları kimi, düşmənləri də var. Digər qruplaşmaların liderləri Canıyevin nüfuzundan ya qorxur, ya da qısqanclıq keçirirlər. Burada Moskvada olan biznes maraqları da əsas rol oynayır. Belə ki, 2006-cı il aprelin 7-də Moskvada "Sabirabadlı Hikmət" qətlə yetirilir. Bundan bir il sonra daha bir azərbaycanlı avtoritet olan "Ağbaş" ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Buna qədər Rusiya bazarlarında nəzarəti məhz azərbaycanlı avtoritetlər edirdi. Onların qətllərindən sonra bazarlarda nəzarət "Rövşən Lənkəranski"yə keçir. Bundan sonra Lənkəranski ilə "Lotu Quli" arasında əsl müharibə başlayır. Bu müharibə bu gün də davam etməkdədir.
2013-cü il yanvarın 16 — da Bakı vaxtı ilə saat 15.30 radələrində Moskvanın mərkəzi küçələrindən olan Povarski küçəsində yerləşən "Köhnə fayton" restoranından çıxarkən "Ded Xasan" başından güllələnir. O, xəstəxanaya çatdırılsa da, orada qanaxmadan ölür. Onun qətli bütün dünyada səs-küylə qarşılanır.
Ölüm xəbəri
redaktəƏfsanəvi Rövşən Lənkəranskinin bir müddət əvvəl ölüm xəbəri də yayılır. Hətta onun Türkiyədə güllələnməsi və dənizə atılması xəbəri mediada yayılır. Bu xəbərlərdən sonra onun qardaşı Namiq Canıyev qardaşının öldürülməsi xəbərini təkzib etmişdi. Canıyev verdiyi açıqlamasında bildirmişdi ki, "Rövşən hazırda Dubaydadır. Onunla hər gün danışıram. Bu xəbərləri kimin yaydığını bilmirəm."
Türkiyə polisinin iddiaları təkzib etməsi
redaktəİstanbul polisi və təhlükəsizlik rəsmiləri azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin öldürülməsi ilə bağlı yayılan məlumatları təsdiqləmədi. İstanbul polisi qeyd edib ki, məsələ ilə bağlı araşdırmalar aparılıb və belə bir hadisənin baş verdiyinə rast gəlinməyib. Hazırda Rövşən Canıyevin (Lənkəranskinin) Ukraynada olduğu qeyd edilir.
Ölümü
redaktəRövşən Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilmişdir. Onunla bərabər sürücüsü də öldürülmüşdür. Rövşənin ölümü Azərbaycanda və digər ölkələrdə rezonans yaratmış, Mübariz Mənsimov Rövşənin cənazəsinin Türkiyədən Azərbaycana gətirilməsi üçün 2 təyyarə ayırmışdır. 18 avqustda Rövşən Canıyevin cənazəsi İstanbuldan Lənkəran Hava Limanına gətirilmişdir. Həmin günü gecə vaxtı Lənkəranda minlərlə insan cənazəni qarşılamaq üçün Lənkəran Hava Limanının qarşısında toplaşmışdırlar. Onun xaricdə olan dostları ölüm xəbərini eşidən gün dərhal karteclə Azərbaycana gəlmişdirlər.[4]
İrsi və xatirəsi
redaktə2017-ci ildə Rövşənin məzarı üstündə heykəli ucaldılıb.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Rövşən Lənkəranski kimdir? [bioqrafiya]" (az.). meydan.tv. 18.08.2018. 2022-08-01 tarixində arxivləşdirilib.
- ↑ BAKU.WS. "Rövşən Lənkəranski sağdır? - Məzarından ŞOK GÖRÜNTÜLƏR - VİDEO". baku.ws. 13 sentyabr 2020. 6 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sen 2024.
- ↑ "Qanundan kənar qanuni oğrular". 2012-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-02.
- ↑ "Arxivlənmiş surət". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
- ↑ Sputnik Azərbaycan. "Polisdən Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz açıqlama". sputnik.az. Rahim Muradov. 17 avqust 2017. 6 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sen 2024.
Xarici keçidlər
redaktə- kulis.az. "Bəhram Çələbi: "Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar"" (az.). bolgexeber.com. 26.04.2013. İstifadə tarixi: 2014-05-30.