Rovsen Nicat - Wikipedia
Əliyev Rövşən Aslan oğlu (Rövşən Nicat; 1968, İmişli rayonu) — azərbaycanlı kinorejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin üzvüdür.
Rövşən Nicat | |
---|---|
Rövşən Aslan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Xoşçobanlı, İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Türk (Azərbaycan) |
İxtisası |
rejissor aktyor |
Təhsili | Bakı Mədəni Maarif Məktəbi, A.Mittanın Kino Məktəbi |
Fəaliyyəti |
1992-2014 AzTv-rejissor, 2007-2008 İnterAz Tv-rejissor, 2008-2010 "Mozalan" kinojurnalı-quruluşçu rejissor, 2011-2013 LiderTv -layihə rəhbəri, 2013-2015 Premier Prodakşn- bədii rəhbər, 2015- Aran Film Prodakşn- baş direktor, 2016-Motiv Film Məktəbi-təsisçi,müəllim 2019-AzTV-rejissor |
Fəaliyyət illəri | 1992-indiyə kimi |
Mükafatları |
BTMT-"TÜRKSOY"-Diplom (2012) "Bakı Gecələri" musiqi festivalı- Diplom (2009) |
Həyatı
redaktəRövşən Nicat 1968-ci ildə İmişli rayonunda anadan olub. 1975-1985-ci illərdə rayonun 34 saylı orta məktəbində oxuyub. 1990-ci ildə Bakı Mədəni Maarif Məktəbini rejissor ixtisası üzrə bitirib.
1992-ci ildə Azərbaycan Dövlət Televiziyasınin "Səhər" kanalına rejissor assistenti, 1993-cü ildən isə televiziyanın "Hərbi proqramlar" redaksiyasına rejissor təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak edib və döyüşləri lentə alıb. 2000-ci ildən televiziyanın "Maarifçilik" redaksiyasına rejissor təyin olunub. Onlarla televiziya layihələrinin ideya müəllifi və rejissoru olub.
2009-ci ildən dahi rus kino rejissoru Aleksandr Mittanın kino məktəbinin kursantıdır. Mütəmadi olaraq Aleksandr Mitta, Mark Trevis, Nikita Mixalkov, Aleksandr Qordon, Vitali Manskiy, Aleksandr Kuznetsov, Nil Landau, Aleksandr Kaurıx, Piter Vebber, Dmitri Astraxan kimi dünya şöhrətli rejissorlardan ustad dərsləri alıb. 2014-cü ildə Moskva şəhərində məktəbin dəvətilə gəlmiş amerikalı rejissor-ssenarist professor Riçard Krevolinin "İdeyadan ssenariyə 5 addım" tədris metodikası üzrə təhsil alıb və beynəlxalq sertifikata layiq görülüb.
Onlarla bədii-sənədli filmlərin, kliplərin , sosial və reklam çarxlarının müəllifidir.
2008-2010-ci illər ərzində "MOZALAN" kinojurnalında dörd qısametrajlı filmə quruluş verib.
2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə cəkdiyi "Sarı gəlin" tarixi-sənədli filminə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı "TÜRKSOY"un mükafatı və təşəkkür diplomu ilə təltif olunub.
Bəstəkar kimi vətənpərvərlik mövzusunda bəstələdiyi " Mərdlərimiz amanatı a dağlar", "Vətən", " Mərd əsgərlərik" kimi bir çox mahnılar müharibə dövründə dillər əzbəri olub.
2009-cu ildə "Bakı gecələri" festivalında "Səni gözləyirəm" mahnısına görə iki nominasiyada (ən yaxşı ifa və ən yaxşı şair) diplomlara layiq görülüb.
2015-ci ildən Bakı şəhərində ARAN FİLM PRODUCTİON-a rəhbərlik edir.
2016-cı ildə "MOTİV FİLM" məktəbini təsis edib. Pedaqoq kimi onlarla tələbələrə kinomatoqrafiyanın sirrlərini oyrədir.
2019-cu ildən Azərbaycantelefilm yaradıcılıq birliyində rejissor vəzifəsində çalışır.
Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür.
Evlidir. 2 oğlu var.
Filmoqrafiya
redaktə- Toydan sonra (film, 2009) — qısametrajlı film. rejissor
- Yas mərasimi (film, 2009) — qısametrajlı film. rejissor
- Heyrəti (film, 2010) — qısametrajlı film. rejissor
- Xəstə (film, 2010) — qısametrajlı film. rejissor
- Sarı Gəlin (2011) — sənədli film. rejossor
- Mən bir Turan yolçusuyam (2011) — Əhməd Cavad haqqında bədii-sənədli film. ssenari müəllifi və rejissor
- Hərbi marşlar tarixi (2012) — sənədli film. rejossor
- Haputlar (2006)-sənədli film. rejissor.
- Gəncə gizlinləri (2007)- bədii-sənədli film. rejissor
- Mehriban nənəm (2015) — sənədli film. ssenari müəllifi və rejissor.
- Ömür yolu (2015) — sənədli film. ssenari müəllifi və rejissor.
- Baharın son günü (2016) —bədii-sənədli film. ssenari müəllifi və rejissor
- Qarabağ üsyanı (2020)-sənədli film. rejissor
- Qaranlığın rəngləri (2019) Çempion İlham Zəkiyev haqqında bədii-sənədli film.ssenari müəllifi və rejissor
- Hədiyyə (2021) etnoqrafik film. ssenari müəllifi və rejissor
- Evimizin yuxusu (2022) bədii-sənədli film. ssenari müəllifi və rejissor
- Bir əsrin Bəxtiyarı (2022) bədii-sənədli film. ssenari müəllifi və rejissor
- Şəfalı xatirələr (2022) MN-nin Tibb Xidməti. sənədli film. ssenari müəllifi və rejissor
- Kətan, Vətən (2023) Döyüşən rəssamlar. sənədli film.ssenari müəllifi və rejissor
- Komandan (2023) Heydər Əliyev və ordu quruculuğu. sənədli film. ssenari müəllifi və rejissor
- Qəbələdən qələbəyə (2024) Qəbələ Futbol Akademiyası. bədii-sənədli film. ssenari müəllifi və rejissor
- Sənətə dəyər (2024) Mehriban Əliyeva və Azərbaycan mədəniyyəti. sənədli film. ssenari müəllifi və rejissor
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Məhərrəmova, T. "Sarı gəlin" filmi bir sualdır: [Beynəlxalq Muğam Mərkəzində "Ankaf” şirkətinin istehsal etdiyi eyniadlı filmin rejissoru Rövşən Nicat ilə Təranə Məhərrəmovanın müsahibəsi] //Kaspi.-2012.-15 iyun.-S.16.
- Nicat, R. "Nənən ölsün, sarı gəlin": "Sarı gəlin" mahnısı rəsmi şəkildə türk dünyasının himninə çevrilməlidir”: [eyniadlı sənədli filmin rejissoru Rövşən Nicat ilə Səlimqızı Cəvahirin söhbəti] //Mərkəz.- 2012.- 14 iyun.- S. 14.
- Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir: Rövşən Nicat ilə Sevinc Fədainin söhbəti// Xeber365.-2016.-10 aprel.