Rufet Qaspirali - Wikipedia
Rüfət (Refat, Qabdelrafiya) İsmayıl oğlu Qaspıralı (Qasprinski) (krımtat. Refat Gaspıralı; 17 iyun 1884, Bağçasaray, Tavriya quberniyası[d] – 9 dekabr 1925, Bağçasaray, Krım MSSR) — krım-tatar ictimai və mədəniyyət xadimi "Tərcüman" qəzetini naşiri (1914-1918-ci illərdə). Bağçasaraydakı İsmayıl Qasprinski Muzey və Kitabxanasının rəhbəri, Krım xan sarayı muzeyinin direktor müavini. Pedaqoq, naşir və siyasətçi İsmayıl Qaspıralının oğlu, tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri Yusif Akçuranın əmisi nəvəsi.
Rüfət Qaspıralı | |
---|---|
krımtat. Refat Gaspıralı | |
Doğum tarixi | 17 iyun 1884 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 dekabr 1925 (41 yaşında) |
Vəfat yeri |
|
Atası | İsmayıl Qaspıralı |
Anası | Zöhrə Akçurina |
Fəaliyyəti | publisist, naşir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRüfət Qaspıralı 1886-cı il aprelin 14-də Tavriya vilayətinin Bağçasaray şəhərində maarifçi İsmayıl Qaspıralı (1851-1914) və Zöhrə Akçurinanın (1862-1903) ailəsində anadan olub. Onun Xədiçə (eyni ata, fərqli analar), Nağar, Şəfiqə, Heydər və Mənsur adlı qardaş və bacıları olub. 1894-cü ildə Simferopol Kişi Gimnaziyasına daxil olur və onu müvəffəqiyyətlə bitirib. 1904-cü ildə İmperator Kazan Universitetinin hüquq fakültəsinə daxil olur. Sonra Xarkov Universitetinə keçib. 1909-cu il aprelin 25-dən o, “Tərcüman” qəzetinin rəsmi redaktoru oldu. 1914-cü ildə İsmayıl Qasprinskinin ölümündən sonra, “Tərcüman” qəzeti Rüfət Qaspıralıya miras qaldı. O, da redaktor vəzifəsini Həsən Səbri Ayvazova tapşırdı.[1][2] 1918-ci il fevralın 23-də bolşeviklərin Krım-tatar milli hərəkatına qarşı törətdiyi repressiyalara cavab olaraq “Tərcüman” qəzeti fəaliyyətini dayandırdı.
İnqilabdan sonra onun bütün qohumları mühacirət etdi. Rüfət Qaspıralı isə Krımda tək qaldı. O, Hüseyin Bodaninski ilə birlikdə İsmayıl Qaspıralının Ev Muzeyini təşkili ilə məşğul olub.
1921-ci il martın 21-də Rüfət Qaspıralı bu muzeyin direktoru təyin edilib. Baxçasarayda İsmayıl Qaspıralı adına kitabxananın müdiri olub. Sonralar o, Baxçasaraydakı Krım xan sarayı muzeyinə direktor müavini təyin olunub.
O, 1925-ci il dekabrın 5-də 41 yaşında böyrək xəstəliyindən vəfat edib. Rüfət Qaspıralı Zincirli mədrəsə qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn olunub.
Ailəsi
redaktəRüfət Qaspıralı iki dəfə ailə həyatı qurub.
Birinci həyat yoldaşı Fatimə Qaspralı (Fatimənin anası Simbirsk vilayətinin Sengileyevski rayonundan olan Zuxra Akçurinanın yaxın dostu və həmyerlisi idi). Qızının adını 1903-cü ildə vəfat edən anasının şərəfinə Zöhrə (1914) qoyub.
İkinci həyat yoldaşı - Tənzilə Qaspralı. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib (bir qız və bir oğlan), hər ikisi körpə yaşlarında vəfat edib.[3]
İstinadlar
redaktə- ↑ Fahri Solak. . TERCÜMAN GAZETESİ BİBLİYOGRAFYASI Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine. ismailgaspirali.org (türk.)
- ↑ Айвазов Асан Сабри Arxivləşdirilib 2012-08-20 at the Wayback Machine. crimea.ru (rus.)
- ↑ Евгений Пажитнов. Родословная Исмаила Гаспринского Arxivləşdirilib 2023-05-05 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Абдульваапов Н. Деятели крымскотатарской культуры (1921—1944): Библиографический словарь. Симферополь: Доля, 1999, стр. 69.
- Сеитваниева Г. Ю. Некоторые сведения о потомках Исмаила Гаспринского. Ульяновск: «Симбирский научный вестник», 2016, № 1(23).
- Д. П. Урсу. Деятели крымско-татарской культуры (1921—1944 гг.). Симферополь.
Xarici keçidlər
redaktə- ismailgaspirali.org Исмәгыйль Гаспринскийга багышланган портал
- Евгений Пажитнов. Родословная Исмаила Гаспаринского. Портал Проза.ру