Rustem Orucov - Wikipedia
Rüstəm Fəzail oğlu Orucov (d. 4 oktyabr 1991, İrkutsk, Rusiya Federasiyası) — Azərbaycanlı cüdoçu. Rüstəm Orucov 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Rüstəm Orucov Avropa Çempionatında; 2016-cı ildə qızıl medala (komanda yarışlarında bürünc medal) layiq görülüb. Rüstəm Orucov 2016-cı ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Rüstəm Orucov | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Rüstəm Fəzail oğlu Orucov | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | İrкutsк, Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 181 sm. (5 ft 7 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1998— | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Əli Dərvişov | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Orujov Judo Academy | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRüstəm Orucov 1991-ci ilin 4 oktyabr tarixində Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Azərbaycan ailəsində anadan olub. Rüstəm Orucov hələ 7 yaşından cüdonun sirrlərinə yiyələnməyə başladı. O, 16 yaşına qədər İrkutsk vilayətində yaşadı və burada yeniyetmələr arasında bir-sıra yarışlarda mübarizə apardı. Daha sonra Rüstəm Orucov ailəsi ilə birgə doğma vətəninə, Azərbaycana köçdü və burada "Atilla" klubunda məşq etməyə başladı.
Rüstəm Orucov 2014-cü ilin 28 sentyabr tarixində Elnarə Orucova ilə ailə həyatı qurdu. 2016-cı ilin 9 sentyabr günündə isə Orucovların Safiya adında qız övladı dünyaya gəldi.
Karyerası
redaktəRüstəm Orucovun birinci beynəlxalq turniri 2007-ci ilin sentyabrında Belarusun Brest şəhərində baş tutan Yeniyetmələrin I Avrasiya İdman Oyunları oldu. Həmin turnirin final görüşündə 16 yaşlı Rüstəm Orucov Qazaxıstan nümayəndəsi Almat Muxmadiyev üzərində qələbə qazandı və qızıl medalın sahibi oldu.[1]
Daha sonra Rüstəm Orucov 2009-cu ilin martında Sumqayıt şəhərində baş tutan U-20 Azərbaycan Çempionatında mübarizə apardı. Çempionatın final görüşündə Fəqan Eminoğluna məğlub olan Rüstəm Orucov turniri gümüş medalla başa vurdu.[2]
İyunda isə Rüstəm Orucov IJF European Cup turnirinin İstanbul mərhələsində mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Franx Konrada, 1/4 final mərhələsində Türjmənistan nümayəndəsi Rahat Qurbanova qalib gələn Rüstəm Orucov, yarım-final mərhələsində Rusiya nümayəndəsi Alexey Veliçxoya məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Azərbaycan nümayəndəsi Emil Həsənov oldu. Həmin görüşdə Rüstəm Orucov rəqibinə məğlub oldu və turniri beşinci pillədə başa vurdu.[3]
Rüstəm Orucovun 2009-cu ildə sonuncu turniri Yunanıstanın Mudanya şəhərində baş tutan U-20 Iliadis Cup beynəlxalq turniri oldu. Nəticədə Rüstəm Orucov həmin turniri bürünc medalla başa vurdu.[4]
2010-cu ildə Rüstəm Orucovun birinci turniri 12-14 martda Sumqayıt şəhərində baş tutan U-20 Azərbaycan Çempionatı oldu. Keçən il turniri gümüş medalla başa vuran Rüstəm Orucov, bu səfər final görüşündə Mirzə Əsgərov üzərində qələbə qazandı və çempionatın qalibi oldu.[5]
Mayda isə Rüstəm Orucov gənclər arasında Atilla Cup beynəlxalq turnirin final görüşündə Orxan Hacıağalıya qalib gəldi və turnirin qızıl medalına sahib oldu.[6]
2012-ci il:
redaktəUğurları
redaktəSıra | İl | Yarış | Şəhər | Nəticə |
---|---|---|---|---|
2007 | Gənclərin Avrasiya Oyunları | Brest | ||
2009 | Azərbaycan U-20 Çempionatı | Sumqayıt | ||
Gənclərin "İliadis U-20 Kuboku" turniri | Mudania | |||
21 | ||||
22 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ JudoInside. "2007 // Eurasian Cadet Sport Games // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2009 // Azerbaijan U20 Championships // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2009 // IJF European Cup // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2009 // Iliadis U20 Cup // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2010 // Azerbaijan U20 Championships // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2010 // Juniors Atilla Cup // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.
- ↑ JudoInside. "2010 // Juniors Atilla Cup // Results". www.judoinside.com (ingilis). 2023-04-01. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2023.