Resad Babayev Sahmatci - Wikipedia
Resad Babayev Sahmatci - Wikipedia - Haqqında Məlumat
Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi.
Rəşad Babayev İlyas oğlu | |
---|---|
Ölkə | |
Doğum tarixi | 3 sentyabr 1981 (43 yaş) |
Doğum yeri | |
Titulu | Beynəlxalq qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2535 (aprel 2009) |
FİDE nömrəsi | 13400681 |
rashadbabaev.com |
Həyatı
redaktəRəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi.
Reytinqi
redaktə2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır.
Nailiyyətləri
redaktə- Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur
- Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il.
- İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il
- Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il.
- Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
- İspaniyada keçirilən "XXXIII Open Internacional" beynəlxalq turnirdə — 3-cü yer, 2007-ci il.
- İspaniyada keçirilən "XXIV Open Collado Villalb" beynəlxalq turnirdə 1–3-cü yerlər, 2007-ci il.
- Fransanın Tuluza şəhərində keçirilən "3e Open de Ouest Toulousain" beynəlxalq turnirdə 3-cü yer.
İstinadlar
redaktə- ↑ 1 2 Babaev, Rashad // FIDE Ratings and Statistics (ing.).
- ↑ FİDE FIDE Standard Ratings as of 31 March 2021. 2021.