Resad Hesenov - Wikipedia
Həsənov Rəşad Zeynalabdin oğlu — NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin (2012 Sentyabr - 2013 Sentyabr) üzvü, 2013-2016 illərdə siyasi və vicdan məhbusu.
Rəşad Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Təhsili | |
Fəaliyyəti | aktivist |
Həyatı
redaktəRəşad Həsənov 2 may 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran Özəl Türk Liseyində alan Rəşad, bu illərdə Fənn olimpiadalarının respublika turunda iştirak edərək riyaziyyat üzrə qızıl medal və fəxri mükafat alıb, liseyi fərqlənmə diplomu (qırmızı) ilə bitirib.
Təhsili
redaktəUniversitet təhsilini Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) alan Rəşad Həsənov təhsil aldığı illərdə universitetdə azərbaycanlılardan ibarət futbol komandası qurub. Rəhbərlik etdiyi komanda qurulduğu ilk tədris ilində (2008-2009) bürünc medal, növbəti ildə isə qızıl medala layiq görülüb. Bundan əlavə Rəşad Həsənov 2008-2009-cu illərdə 100-dən çox üzvü olan ODTÜ Azərbaycanlı tələbələr cəmiyyətinə rəhbərlik edib, 2009-2010-cu illərdə 300-dən çox üzvü olan Azərbaycanlı Tələbələr və Məzunlar Assosiasiyasının vitse-prezidenti olub.
2010-cu ilin avqustunda ODTÜ-dən məzun olarkən Rəşad Nottinqham universitetinin “Beynəlxalq təhlükəsizlik və terrorizm” üzrə magistratura proqramına qəbul olmuş, lakin Azərbaycan Təhsil Nazirliyi “Azərbaycan gənclərinin xaricdə təhsili- 2007-2015-ci illər” dövlət proqramı üzrə onun təhsilini maliyyələşdirməkdən imtina edib.
İctimai fəaliyyəti
redaktə2010-cu il Azərbaycanda Parlament seçkiləri keçirilərkən Rəşad Həsənov seçkilərdə gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak edərək seçki kampaniyasının 100-dən çox könüllüsünü koordinasiya edib.
2010-cu il noyabrın 10-da 35-dən çox könüllünün Müsbət Dəyişiklik gənclər hərəkatın təsis olunub, Rəşad Həsənov 2011-ci ilin mart ayından və 2012-ci ilin mayına qədər 2(iki) dəfə hərəkatın idarə heyətinə seçilib və hərəkatın üzvü olan siyasi məhbus Bəxtiyar Hacıyev üçün yaradılan “Bəxtiyara dəstək” kampaniyasında aktiv iştirak edib.
Rəşad Həsənov 2011-ci ildə 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13- mülkiyyət” alt komitəsinin rəhbəri olub.
2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılla bərabər Rəşad Həsənov Britaniya səfirliyinin dəstəyi ilə “Bakıda mülkiyyət haqları pozuntularının xəritə və statistikası” adlı hesabat hazırlayıb. 2012-ci il martın 17-də GHMK-nın uzun illərdən sonra keçirdiyi ilk razılaşdırılmış mitinqin təşkilatçılarından və aktiv iştirakçılarından olub.
Rəşad 2012-ci ilin mayında Müsbət Dəyişiklik gənclər hərəkatını tərk edərək, daha geniş auditoriyaya xitab etmək üçün N!DA vətəndaş hərəkatına qoşulmuşdur. 2012-ci ilin sentyabrında N!DA Vətəndaş Hərəkatının idarə heyətinə üzv seçilib.
Rəşad Həsənov 2012-ci il noyabrın 4-də yaradılan və 50-yə yaxın fəal gəncin təmsil olunduğu Gənclər Məclisinin həmtəsisçisi olub.
2012-ci ilin avqustunda Praqada keçirilən “Avropada yaşayan Azərbaycanlıların forumu”nda iştirak edən Rəşad, forumun koordinasiya komitəsinin üzvü idi.
Rəşad Həsənov 2012-ci ilin oktyabrnda İREX-in donorluğu ilə həyata keçirilən və Azərbaycan universitetlərində korrupsiyanın həddini müəyyən etməyi nəzərdə tutan “Korrupsiyasız təhsil” layihəsində “Frontline sms” proqramı vasitəsilə keçirilən sorğuda məsul şəxslərdən olub.
Rəşad Həsənov 2013-cü il 12 yanvarda Bakının mərkəzində keçirilən Əsgər ölümlərinə son! askiyasında polis tərəfindən saxlanmış və Səbail rayon məhkəməsi tərəfindən cərimə olunub. Rəşad cərimələri ödəməkdən imtina edərək "Vətəndaş İtaətsizliyi" kampaniyası keçirən 10 nəfər aktivistdən biri olub.
2013-cü ilin mart ayından etibarən "El" hərəkatının "Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid" layihəsində koordinator olub.
Həbsi
redaktə14 mart 2013-cü ildə mülkigeyimli polislər tərəfindən saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma ve gəzdirmə) maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Həsənov barəsində hökm oxunub və 7 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Beynəlxalq Amnistiya Təşkilatı Rəşad Həsənovu "vicdan məhbusu" kimi tanıyıb.
17 mart 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb.
7 iyun 2018-ci Avropa İnsan Haqları Məhkəməsi Rəşadın istintaq dövründəki həbsinin siyasi səbəblərə görə olduğuna və Azərbaycan dövlətinin buna görə 20 min avro məbləğində kompensasiya ödəməli olduğuna qərar verib. Qərar 7 sentyabr 2018-ci ildə tam qüvvəyə minib və kompensasiya 1 il ərzində ödənilib.
AR Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə Həsənov Rəşad Zeynalabdin oğlunun təqsiri sübuta yetirilmədiyinə görə AR Cinayət-Prossesual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş esasla AR Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilib. Əsassız olaraq 3 il 3 gün həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66700 manat kompensasiya ödənilməsinə qərar verilib. Qərar 2022-ci ilin mart ayında icra olunub.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- N!DA VƏTƏNDAŞ HƏRƏKATI. Həsənov Rəşad Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine