Resad Nuriyev - Wikipedia
Rəşad Nuriyev — Azərbaycan operatoru.
Rəşad Nuriyev | |
---|---|
Fəaliyyəti | Operator |
Mükafatları | |
IMDb | ID5884277, ID7901999 |
Həyatı
redaktə1981-ci il 13 oktyabrda İsmayıllı şəhərində dünyaya gəlib. 1988-ci ildən 283 saylı məktəbdə ibtidai təhsilə başlamış, daha sonra isə orta təhsilini Ə. ƏLƏKBƏROV adına 244 saylı məktəbdə davam etdirmişdir. 1998 - 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və Kino sənəti" fakültəsinin kinooperator ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2004-cü illərdə Lider TV-də operator vəzifəsində çalışmış, "Azərbaycan" redaksiyasında çəkilən bədii-sənədli filmlərin bir çoxunun operator müəllifidir. Daha sonra, "Azərbaycanfilm" kinostudiyasında kinorejissor Eldar Quliyevin çəkdiyi "Girov" tammetrajlı bədii filminə dəvət alaraq peşəkar fəaliyyətini davam etdirmişdir. Kinostudiyada çəkilən "Günaydın mələyim", "Ölüm növbəsi", "İki sahil" bədii filmlərdə operator kimi çalışmışdır. 2013-cü ildən 2020-ci ilə qədər Bakı Media Mərkəzində çalışmış, bu illər ərzində tarixi araşdırma sənədli-dədii filmlərin, bir çox sosial və kommersiyal çarxların quruluşçu operatoru olmuşdur. Yatadıcılıq fəaliyyətinə başladığı ilk illərdən dövlət mükafatlarına və diplomlarla təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, 2 övladı var.
Mükafatları
redaktə2002-ci ildə "Operator sənəti sahəsində uğurlarına görə" Diplom ilə təltif olunmuşdur.
2007-ci ilə II Milli Turizm Festivalının "Ən yaxşı operator işi" nominasiyası üzrə qalib olmuşdur.
1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]
08 dekabr 2018-ci ildə "Qızıl Pəri"[2] Festivalının qalibi olmuşdur.
Filmoqrafiya
redaktə- 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV)
- Ağ rəngin simfoniyası (film, 2003)
- Aləmdə qalan səs (film, 2001)
- Ali sevgi (film, 2002)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV)
- Bahar ömürlü insan (film, 2003)
- Bəyaz tarlanın balladası (film, 2002)
- Yaşananlar
- Dar günün dostu (film, 2003)
- Dəmir atlı cəngavər (film, 2003)
- "Edelveys" və dəmir biləklər (film, 2001)
- Əbədi ezamiyyət (film, 2016)
- Gecə zəngi (film, 2003)
- Girov (film, 2005)
- Göy rəngin melodiyası (film, 2003)
- Günaydın, mələyim! (film, 2008)
- Günorta qatarı (film, 2003)
- Həsrətli gözlərin rəsmi (film, 2003)
- Hikmət xəzinəsi (film, 2003)
- Xəyallar gerçəkləşəndə (film, 2003)
- İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002)
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002)
- İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003)
- İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002)
- İnanc yerlərimiz. Pir Hüseyn xanəgahı (film, 2003)
- İşıq ömrü (film, 2001)
- Kamanın ədalət ucalığı (film, 2003)
- Kamanın naxış sehri (film, 2003)
- Könlün fəsilləri (film, 2001)
- Könül nəğməsində variasiyalar (film, 2002)
- Kürə qovuşan ömür (film, 2003)
- Qalanın əfsanəsi (film, 2003)
- Qara rəngin harmoniyası (film, 2002)
- Qədim şəhərin hekayəti (film, 2003)
- Qərib bir səs (film, 2003)
- Qızlar (film, 2007)
- Məhəbbət oratoriyası (film, 2003)
- Mən sizdən arxayınam (film, 2002)
- Mistik düşüncələrin rəsmi (film, 2003)
- Naxışlı hekayət (film, 2003)
- Ölüm növbəsi (film, 2009)
- Ötən əsrdən gələn adam (film, 2003)
- Ötən ömrün notları (film, 2003)
- Özgə vaxtın doğma anları (film, 2002)
- Paris kədəri (film, 2001)
- Ruhun abidəsi (film, 2003)
- Senzornamə (film, 2007)
- Səbrli adamın fəryadı (film, 2002)
- Sən saydığını say (film, 2002)
- Sənətin sehrinə doğru (film, 2002)
- Səsin vəhdəti (film, 2002)
- Sonuncu orden (film, 2002)
- Şimşəklər kimi (film, 2003)
- Tale yolu (film, 2003)
- Tarixin dözümü və qisası (film, 2003)
- Torpağa bağlananlar (film, 2003)
- Tökülən yarpaqların qoxusu (film, 2001)
- Uğur hələ irəlidədir (film, 2002)
- Unudulmuş qəhrəman (film, 2005)
- Uzaq sahillərin əfsanəsi (film, 2002)
- Yaddaşın əbədi yükü (film, 2003)
- Yarımçıq qalmış dosye (film, 2002)
- Yay gününün sazağı (film, 2003)
- Yeddi duyum (film, 2002)
- Yeldən yarananlar (film, 2004)
- Yenə o bağ olaydı (film, 2002)
- Xəyyallar gündəliyi (film, 2002)
- Yol (film, 2010)
70.Bir günəş altında (etnografik sənədli film) 71.Əbədi Ezamiyyət (bədii-sənədli film)
İstinadlar
redaktə- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ Qızıl Pəri Festivalı