Resid Mahmudov Ictimai Xadim - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim.
Rəşid Mahmudov | |
---|---|
Rəşid İsmayıl oğlu Mahmudov | |
1988 – 1991 | |
Sonrakı | Sabir Rüstəmxanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Mican qəbristanlığı |
Dəfn yeri | |
Atası | İsmayıl Mahmudov |
Uşağı | Bəhruz Mahmudov |
|
|
Təltifləri | "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı |
Həyatı
redaktəRəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub[1].
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb.
1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir.
Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır[2].
"Quran"ın Azərbaycan dilinə tərcüməsi və nəşri görkəmli publisist, naşir və ictimai xadim etmişdir[2].
İstinadlar
redaktə- ↑ Həvva Vasalova, "Tanrı dərgahında üzüağ insan" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Yayımlanlb:31.10.2014 saat:13:09, Yoxlanılıb:31.10.2014
- ↑ 1 2 525-ci qəzet[ölü keçid]