Rebab - Wikipedia
Rəbab (ərəb. ربابة, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه, həmçinin cuza)[1] — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır.[2] Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var.
Rəbab | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 321.321-71 |
Əlaqəli alətlər | Rübab |
Vikianbarda əlaqəli mediafayllar |
Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır.[3] Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.[4]
Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir. Alətin İraqda yayılmış variantı (cəvzə) dörd simlidir.
Hazırlanması
redaktəRəbabdan yayıldığı mühitdən asılı olaraq müxtəlif musiqi ansambllarında və janrlarında istifadə edilir. Həmçinin, alət müxtəlif regionlarda müxtəlif şəkildə hazırlanır və ifa olunur. İranda hazırlanan rəbab viola da qamba kimi nəhəng olur. Qərbə getdikcə rəbab daha kiçik və yüksək tembrli olur. Alətin bədəni Yavada olduğu kimi mürəkkəb və ya Misirdə olduğu kimi sadə ola bilər.
Yayılması
redaktəOrta Şərq
redaktəRəbab bədəvi musiqisinin və ənənəvi İraq musiqisinin ayrılmaz bir parçasıdır. İran və Azərbaycan musiqi aləti olan kamança da struktur və formasına görə rəbaba çox oxşayır. Regionun tanınmış rəbabçalanları arasında Həsən Əğzar Çənani, Əziz Həravi, Məhəmməd Ömər, Hümayun Saxi və Davudxan Sədozay var.
Mərkəzi, Şimali və Şərqi Asiya
redaktəRəbabın iti çıxıntısı olan variasiyaları çoxlu Asiya xalqları tərəfindən istifadə olunur. Bunlara Çinin huçin, Monqolustanın xuçir və morinxur, Koreyanın hegum, Qazaxıstanın qobız, Qırğızıstanın qılqıyaq, Tuvanın bızançı, Yaponiyanın kokyu və digərləri aiddir. Bu musiqi alətləri ilə adətən ənənəvi xalq melodiyaları ifa olunur, fəqət son illərdə klassik, caz və rok musiqilərində də ifa olunur.[5]
Cənub-şərqi Asiya
redaktəRəbab İndoneziyanın qamelan ənənəvi musiqi ansamblında mühüm rol oynayır. Hər ansamblda iki fərqli alət olur – peloq və slendro. Onlardan heç vaxt bir yerdə istifadə olunmur.[6] Ansamblda rəbabdan istifadədə məhdudiyyət yoxdur və istənilən zaman ifa oluna bilər. Rəbab ansamblın parçası olanda adətən buka hissəsində istifadə olunur.[7]
İstinadlar
redaktə- ↑ [1] Arxiv surəti 1 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 1, 2008, at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2013-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "rabab (musical instrument) - Encyclopædia Britannica". Britannica.com. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2018.
- ↑ Sachs, Curt. The History of Musical Instruments. New York: W. W. Norton & Company. 1940. 151-153.
- ↑ "Erhu - Chinese violin / fiddle with two strings - and Erhu music (audio & video demo)". Philmultic.com. 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
- ↑ Lindzi, Cennefer. Javanese Gamelan. 1992. 30–31. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01. ISBN 0-19-588582-1
- ↑ Sorrell, Nil. A Guide to the Gamelan. London: Faber and Faber. 1990. 97–98.
Xarici keçidlər
redaktə- Türkiyə rəbabçalanı İbrahim Mətin Uğur Arxivləşdirilib 2014-11-03 at the Wayback Machine
- Nay-Nava – İran musiqi alətləri ensiklopediyası
- Rəbab – fiddlingaround.co.uk saytında (ing.)
- Rəbab – chandrakantha.com saytında (ing.)
- Ərəb rəbəbəsi fotoqalereyası – nilecommerce.net saytında (ing.)
- Rəbab Arxivləşdirilib 2019-05-06 at the Wayback Machine – nuke.liuteriaetnica.it saytında (ital.)