Receb Pasa - Wikipedia
Kürəkən Rəcəb Paşa (v. 1726, İstanbul) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Rəcəb Paşa | |
---|---|
osman. رجب پاشا | |
1720 – 1721 | |
Əvvəlki | Dəllak Əli Paşa |
Sonrakı | Nişançı Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1726 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Rütbəsi | general |
Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı.
1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir.
Mənbə
redaktə- Sicill-i Osmani IV cild, səh. 341
- https://www.biyografya.com/biyografi/11716