Rehim Huseynov Inqilabci - Wikipedia
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, AKP Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini.
Rəhim Hüseynov | |
---|---|
29 aprel 1920 – ? | |
Əvvəlki | vəzifə təsis edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəRəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur.[1]
1938-ci ildə ölmüşdür.
Siyasi fəaliyyəti
redaktəSovet dövrünədək
redaktəRəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir.[1]
Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur.[1]
Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci ildə gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.[1]
Sovet dövründə
redaktəAprel işğalından sonra qurulmuş Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar"[2]
Daha sonra Rəhim Hüseynov Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri kimi çalışan Rəhim Hüseynov Bakıya dönmüşdür. O, burada sıra ilə Azərbaycan SSR xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışmışdır.[1] Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur.[mənbə göstərin]
Rəhim Hüseynov dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.[1]
Əsərləri
redaktə- Очерки революционного движения в Азербайджане. Вып. 1-й Революция 1905-07 г. Баку: Бакин. рабочий, 1926.
- Azərbaycanda inqilab hərəkatı xülasələri: 1905-1907-ci illər inqilabı. Bakı: Azərnəşr, 1928.
- Azərbaycanda inqilab hərəkatı xülasələri: 1905-1907-ci illər inqilabı. Bakı: "Çapar" nəşriyyatı, 2024.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Һүсејнов Рәһим Мәммәдҹәфәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 284.
- ↑ "Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü (1918–1920-ci illər, qısa tarixi tədqiqat) Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.