Rehim Huseynov Siyasetci - Wikipedia
Rəhim Əlihüseyn oğlu Hüseynov (5 aprel 1936, Bakı – 12 noyabr 2023, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 2-ci Baş naziri (1992–1993).
Rəhim Hüseynov | |
---|---|
14 may 1992 – 30 yanvar 1993 | |
Əvvəlki | Feyruz Mustafayev (i. e.) |
Sonrakı | Əli Məsimov (i. e.) |
4 may 1992 – 16 may 1992 | |
Sonrakı | Ziyad Səmədzadə |
22 may 1991 – 4 may 1992 | |
Əvvəlki | özü (vəzifənin adı dəyişdirilib) |
13 fevral 1989 – 22 may 1991 | |
Əvvəlki | Ayaz Mütəllibov |
Sonrakı | özü (vəzifənin adı dəyişdirilib) |
5 fevral — 22 may 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri kimi | |
4 oktyabr 1978 – 13 fevral 1989 | |
Əvvəlki | idarə komitəyə çevrilib |
Sonrakı | Aydın Əzizbəyov |
19 aprel 1974 – 4 oktyabr 1978 | |
Əvvəlki | Nikolay Saakov |
Sonrakı | idarə komitəyə çevrilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2023 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı, mühəndis |
|
|
Təltifləri |
|
Həyatı
redaktə1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatmışdır. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olmuş R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olur. 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən R. Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayır. 1959–1962-ci illərdə R. Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışmışdır.[1]
R. Hüseynov 1962–1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışmışdır.
R. Hüseynov 1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1989–1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılmışdır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunmuş, A. Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Respublikanın tanınmış iqtisadçısı kimi R. Hüseynovun namizədliyi irəli sürülmüşdür. R. Hüseynov Azərbaycan Respublikasının baş naziri seçilmişdir.
R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır.
AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən getmişdir.[2]
Elmi – təşkilati fəaliyyəti
redaktə1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi olmuşdur. R. Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq "Xəzər" fondu təşkil olunmuşdur. Onun təsis konfransında R. Hüseynov yekdilliklə fondun prezidenti seçilmişdir və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.
Təltif və mükafatları
redaktəR. Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayəndəsi olmuşdur. O, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, Şərəf nişanı ordenləri və bir sıra medallarla təltif olunmuşdur.
Vəfatı
redaktə2023-cü ilin noyabrın 12-də vəfat edib. Onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.[3]
İstinadlar
redaktə- ↑ "Ayaz Mütəllibovun və Elçibəyin Baş naziri Rəhim Hüseynov kimdir? DOSYE". musavat.com (az.). İstifadə tarixi: 2024-07-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ "Azərbaycanın keçmiş Baş naziri vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2023-11-12. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
Xarici keçidlər
redaktə- "Müstəqil Azərbaycanın ikinci Baş naziri - Rəhim Əlihüseyn oğlu Hüseynov + DOSYE" (az.). enter.news. 2017-05-14. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
- Rəhim Hüseynovun "Karyera"sı: "İki gündə iki dəfə Baş nazir təyin olundum"
- Rəhim Hüseynovun "Karyera"sı: "İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar" — II HİSSƏ