Remis - Wikipedia
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014).[1]
Rəmiş | |
---|---|
Rafiq Hüseyn oğlu Hüseynov | |
Ümumi məlumatlar | |
Ləqəbi | Rəmiş |
Doğum tarixi | 14 noyabr 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 5 aprel 2021 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi aləti | elektrogitara |
Mükafatları |
Həyatı
redaktəRafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır.
Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır.
Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.[2] Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.[3]
Yaradıcılığı
redaktəRəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Təltif və mükafatları
redaktə- 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "əməkdar artist", 2014-cü ildə isə "xalq artisti" fəxri adına layiq görülüb.
Qalereya
redaktə-
Rəmişin Ümumşəhər qəbiristanlığındakı məzarı
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine. 18 dekabr 2014. www.president.az
- ↑ "Rəmiş vəfat edib". apa.az. 5 aprel 2021. 5 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2021.
- ↑ Rəmiş dəfn edilib