Reqqan - Wikipedia
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir.
Rəqqan | |
---|---|
26°42′ şm. e. 0°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 217 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 01200 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir.
İqlimi
redaktəŞəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir.[1]
Əhali
redaktə2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.[2] Rəqqan sakinlərinin 6%-i ali, 15,6%-i orta təhsilli idi.[3]
İstinadlar
redaktə- ↑ "Climate: Reggane" (ingilis). Climate-Data.org. 2014-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
- ↑ "Population résidente des ménages ordinaires et collectifs (MOC) selon la commune de résidence et le sexe et le taux d'accroissement (1998-2008)" (PDF) (fransız). Office national des statistiques. 2011-12-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-13.
- ↑ "Structure relative de la population résidente des ménages ordinaires et collectifs âgée de 6 ans et plus selon le niveau d'instruction et la commune de résidence" (PDF) (fransız). Office National des Statistiques Algérie. 2011-11-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 July 2013.