Revend - Wikipedia
Rəvənd (lat. Rheum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Rəvənd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Rəvənd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tibbi faydaları
redaktəRəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Qurudulmuş rəvənddən qızdırmasalıcı vasitə kimi istifadə edilirdi. Britaniyalıların müxtəlif desert və piroq hazırladığı rəvənd alman, Danimarka, eston mətbəxlərində bir sıra xörəklərin tərkibinə daxildir.
Rəvəndin kökləri yaxşı ödqovucu və işlədici keyfiyyətə malikdir. Bitkidən işlədici kimi istifadə etdikdə onun yarpaqları 100 qramdan çox olmamaq şərtilə çiy şəkildə yeyilməlidir. Bitkidən, həmçinin bağırsaqların fəaliyyətini normalaşdırmaq, büzücü effekt əldə etmək üçün istifadə edildikdə sutkalıq miqdarı 2,5 qramdan çox olmamalıdır. Rəvənddən hazırlanan kompot həzmi yaxşılaşdırır, orqanizmi tonuslandırır. Rəvəndin spirtli çıxarışı daha çox işlədici təsirə malikdir. Bununla yanaşı antiseptik, iştahaartırıcı, köp və iltihab əleyhinə təsir göstərir, qızdırmasalıcı təsirə malikdir.
Bitkinin təsiri qəbul ediləndən 8-10 saat sonra başlayır. Yaşlıların ondan istifadə etməsi məsləhət görülmür. Uzun müddət istifadə etdikdə onun işlədici effekti azalır və alışqanlıq yaranır. Tərkibində külli miqdarda turşəng turşusu olduğuna görə rəvənd 12 yaşına qədər uşaqlarda zəhərlənməyə səbəb ola bilər. Ona görə də pediatriyada rəvənddən ehtiyatla istifadə etmək lazımdır. Hamilə qadınların da ondan istifadəsinə icazə verilmir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Rhabarbarum Fabr.
Növləri
redaktə- Rheum acuminatum Hook.f. & Thomson
- Rheum alexandrae Batalin
- Rheum australe D.Don
- Rheum austroiranicum Taheri & Assadi
- Rheum compactum L.
- Rheum cordatum Losinsk.
- Rheum coreanum Nakai
- Rheum darvasicum V.S.Titov ex Losinsk.
- Rheum delavayi Franch.
- Rheum fedtschenkoi Maxim. ex Regel
- Rheum forrestii Diels
- Rheum glabricaule Sam.
- Rheum globulosum Gage
- Rheum hissaricum Losinsk.
- Rheum hotaoense C.Y.Cheng & T.C.Kao
- Rheum inopinatum Prain
- Rheum iranshahrii Taheri & Assadi
- Rheum khorasanicum Baradaran & Jafari
- Rheum kialense Franch.
- Rheum kordestanicum Taheri & Assadi
- Rheum laciniatum Prain
- Rheum lhasaense A.J.Li & P.K.Hsiao
- Rheum likiangense Sam.
- Rheum lucidum Losinsk.
- Rheum macrocarpum Losinsk.
- Rheum maculatum C.Y.Cheng & T.C.Kao
- Rheum maximowiczii Losinsk.
- Rheum moorcroftianum Royle
- Rheum nanum Siev.
- Rheum neyshabourense Baradaran & Jafari
- Rheum nobile Hook.f. & Thomson
- Rheum officinale Baill.
- Rheum palaestinum Feinbrun
- Rheum palmatum L.
- Rheum persicum Losinsk.
- Rheum platylobum Rech.f.
- Rheum przewalskyi Losinsk.
- Rheum pumilum Maxim.
- Rheum racemiferum Maxim.
- Rheum rhabarbarum L.
- Rheum rhaponticum L.
- Rheum rhomboideum Losinsk.
- Qarağat rəvəndi (Rheum ribes L.)
- Rheum spiciforme Royle
- Rheum subacaule Sam.
- Rheum sublanceolatum C.Y.Cheng & T.C.Kao
- Rheum × svetlanae Krassovsk.
- Tanqut rəvəndi (Rheum tanguticum (Maxim. ex Regel) Balf.)
- Rheum tataricum L.f.
- Rheum telianum İlçim
- Rheum tibeticum Maxim. ex Hook.f.
- Rheum turkestanicum Janisch.
- Rheum uninerve Maxim.
- Rheum uzengukuushi Lazkov & H.J.Choi
- Rheum webbianum Royle
- Rheum wittrockii C.E.Lundstr.
- Rheum yunnanense Sam.
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 174. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 371.