Rey Aqreqatoru - Wikipedia
Rəy aqreqatoru və ya icmal aqreqatoru — məhsul və xidmətlər (filmlər, kitablar, video oyunlar, proqram təminatı, kompüter avadanlıqları və avtomobillər kimi) ilə əlaqədar olan rəyləri yığan bir sistemdir. Bu sistem verilmiş rəyləri bir yerə cəmləyir və istifadəçilərin verdikləri rəylərə baxa bildikləri veb-saytı dəstəkləmək, istehlakçıların meylləri haqqında məlumatları üçüncü tərəflərə satmaq və yaxud şirkətlərin öz həqiqi və potensial müştəriləri haqqında məlumatlar əldə edə bilməsi üçün verilənlər bazası yaratmaq kimi məqsədlər üçün istifadə edilir. Sistem istifadəçilərinə bir məhsula aid verilmiş müxtəlif rəyləri asanlıqla müqayisə etməyə imkan yaradır. Belə sistemlərin əksəriyyəti müəyyən bir məhsul haqqında verilmiş müxtəlif rəylərə ədədi dəyərlər verir və məhsulun təxmini orta qiymətləndirilməsi üçün bu məlumatlardan istifadə edirlər.
Rəy aqreqatoru saytları satışı baha olan videooyunlar kimi müəyyən kateqoriyalarda, rəy bildirilən məhsulları istehsal edən şirkətlərə iqtisadi təsir göstərməyə başlamışdırlar. Bəzi şirkətlər işçilərinə verilən əməkhaqqının nisbətini və işçilərə verilən mükafatları (bonuslar) rəy aqreqatorlarında verilən xallara əsasən hesablayırlar. Həmçinin şirkətlərin səhm qiymətləri şirkətlərin potensial satışları ilə şirkətlərə verilən ümumi rəy xalları arasındakı əlaqəyə görə ümumi rəy xallarına əsasən dəyişiklik göstərir.[1][2] Ədəbiyyatda satış və ümumi rəy xalları arasında güclü əlaqə olduğu geniş şəkildə qəbul edilmişdir.[3] Rəylər müştərilərin satın alma qərarlarına yüksək səviyyədə təsir göstərir. Bu təsiri nəzərə alan istehsalçılarda öz növbələrində müntəzəm olaraq müştərilər tərəfindən bu rəylərdə bildirilmiş nöqsanları aradan qaldırırlar. Bu, adətən istehsalçıya yönəlmiş məhsulu nəzərdən keçirmə (məhsula rəy bildirmək) aqreqatorundan istifadə edilməklə həyata keçirilir. Reutersin verdiyi məlumata əsasən, kino sənayesində fəaliyyət göstərən əsas studiyalar icmal aqreqatorlarının verdikləri məlumata diqqət yetirirlər, lakin "həmişə onlara çox diqqət yetirməyi sevmirlər".[4][5]
Mühüm rəy aqreqatorları
redaktəKitab
redaktə- Book Marks
- iDreamBooks
Elektron əşyalar
redaktə- Epinions
- TestFreaks
- TestSeek
Film və televiziya
redaktə- Metacritic
- Movie Review Query Engine
- Rotten Tomatoes
Musiqi
redaktə- Acclaimed Music
- AnyDecentMusic?
- Last.fm
- Metacritic
- Album of the Year
- Rate Your Music
Video oyunlar
redaktəİstinadlar
redaktə- ↑ Nick Wingfield. "High Scores Matter To Game Makers, Too". The Wall Street Journal. 20 sentyabr 2007. 15 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2008.
- ↑ Liam Lacey. "The studios wake up to the power of Rotten Tomatoes". The Globe and Mail. 26 avqust 2011. 26 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2011.
- ↑ "On the Validity of Metacritic in Assessing Game Value". www.eludamos.org. 2013. 3 avqust 2015 tarixində arxivləşdirilib.
- ↑ "Movie review aggregators popular, but do they matter?". Reuters. 17 fevral 2012. 9 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2019.
- ↑ "Test Negative". 10 dekabr 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2020. 27 fevral 2019