Rs 122 - Wikipedia
RS-122 Gürcüstan istehsalı olan 122 mm-lik mobil Reaktiv Yaylım Atəş Sistemidir. 2011-ci ildən konstruksiyasının inkişafına başlanılmış və 2012-ci ilin fevral ayında kütləvi istehsalına başlanıışdır. RS-122, SSRİ istehsalı olan BM-21 Qrad Reaktiv Yaylım Atəş Sisteminin çox dəyişdirilmiş və inkişaf etdirilmiş bir versiyasıdır. Əsas xüsusiyyətləri, zirehli ekipaj kabinəsinə (MRAP və BAE Caiman'dan detallar istifadə edilərək), inkişaf etdirilmiş atəş sisteminə və operativ məsafə müəyyən edə bilmək xüsusiyyətləridir. Texnika, dövlətə məxsus olan “Delta” Elmi-Texniki Mərkəzində yaradılmışdır.
İstehsalçı ölkə: Gürcüstan
İstehsalçı firma: State Military Scientific-Technical Center “Delta” (“Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzi)
Tip: Reaktiv yaylım atəş sistemi
İstehsal tarixi: 2012 – davam edir
Xidmətə giriş ili: 2012 – günümüzə
İstehsal sayı: 50 ədəddən çox
Lülə diametri: 122 mm
Lülə sayı: 40 ədəd
Doldurulma: 7 dəqiqə
Qalxma bucağı: 0º... +60º
Üfüqi tuşlama bucağı: –80º... +120º
Məhvetmə radiusu: 145.000 m²
Salvo Atış müddəti: 20 saniyə
Minimal atəş məsafəsi: 1 km
Maksimal atəş məsafəsi: 45 km
Şassi: KrAZ-6322
Ağırlıq: 20 ton
Uzunluğu: 8.5 m
Eni: 2.7 m
Hündürlüyü: 3.3 m
Konfiqurasiya: 6x6
Mühərrik: YaMZ-238DE2 V8 dizel
At gücü: 330
Maksimal sürət: 70 km/saat
Mənzili: 500 km
Müdafiə: STANAG 4569 level 2