Rasomon Hekaye - Wikipedia
Raşomon (羅生門?) – yapon yazıçısı Ryunosuke Akutaqavanin 1915-ci ildə yazdığı hekayə.
Süjeti
redaktəSon 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşdur. Şəhər həyatının nizamlanmasına heç bir nəzarət olmadığından şəhər getdikcə boşalmağa başlamış, küçələrdə soyğunçu və quldurların sayı artmışdır. Belə ki oğrular Budda heykəllərini, müqəddəs əşyaları sındıraraq onları oduncaq kimi satırdılar. Baxımsız qalan Rasyomon darvazası ilə də heç kim maraqlanmır və darvaza bura atılmış cəsədlərin məskəninə çevrilmişdir.
Bir gün sahibi tərəfindən qovularaq evsiz qalan bir qulluqçu bərk yağış yağdığından Raşomonun altında gözləmək qərarına gəlir. Onu daima bir fikir düşündürür: yaşaması üçün nə etməlidir? O ya acından ölməli, ya da oğurluqla məşğul olmağa başlamalıdır. Bu zaman artıq qaranlıq düşmüş, güclü külək əsirdi. O, qızınmaq üçün yerin olmasını axtararkən qırmızı boya ilə rənglənmiş qülləyə uzanan iri bir pilləkan görür. Qüllədə işığı yandığını görən qulluqçu ora qalxmaq qərarına gəlir.
Qulluqçu qülləyə qalxaraq yerə sərilmiş çoxsaylı cəsədlərlə ratlaşır. Onlar arasında bir qoca qarının ölü qadının saçlarını yolduğunu görür. Cəld şəkildə içəri girərək otağın küncündəki qılıncı əlinə götürərək onu qarının sifətinə tutur. Ondan nə üçün belə etdiyini soruşur. Qarı qorxa-qorxa bu saçların parik düzəltmək üçün lazım olduğunu bildirir. Qarı bunu yaşaması üçün etdiyini və bunun pis əməl olmadığını bildirir. Qarının sözlərindən sonra qulluqçu həyatda sağ qalması üçün oğurluqla məşğul olmaq qərarına gəlir. O, qarının əhvalatını dinlədikdən sonra özünün də acından ölməməsini bildirərək qarının əynindəki kimononu oğurlayaraq gecə yarısı yox olur.
Ekranlaşdırılması
redaktə- Raşomon (film, 1950) - rejissor Akira Kurosava