Rafael Alberti - Wikipedia
Rafael Alberti (d.16.12.1902, Kadis əyalətinin Puerto-de-Santa-Mariya k. — ö.29.10.1999, Madrid) — XX əsrin ispan şairi və dramaturqu.
Rafael Alberti | |
---|---|
Rafael Alberti Merello | |
Doğum tarixi | |
Doğum yeri | İspaniya, Kadis əyalətinin Puerto-de-Santa-Mariya k. |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | Madrid |
Vətəndaşlığı | İspaniya |
Milliyyəti | ispan |
Fəaliyyəti | şair, dramaturq |
Fəaliyyət illəri | 1924—1989 |
Əsərlərinin dili | ispan |
İstiqamət | realizm |
Janr | dram |
Mükafatları | "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı ıaureatı (1965); "Milli teatr" mükafatı (1981); "Servantes" mükafatı (1983) |
Rafael Alberti Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və yaradıcılığı
redaktəRafael Alberti yaradıcılığa rəssam kimi başlamış, sonra isə poeziyaya yönəlmişdir. Onun "Dənizçi quruda" adlı ilk şeirlər kitabı 1925-ci ildə çap olunub. Həmin ildə gənc şair ədəbiyyat üzrə "Milli" mükafata layiq görülmüşdür. Bu illərdə Rafael sürrealist və avanqard ruha yaxın olan əsərlər yaradır. Avanqardizmin təsirilə yazdığı şeirləri "Möhkəm hörgü" (1927), "Mələklər haqqında" (1930) və s. kimi kitablarında toplanmışdır. Yaradıcılığının erkən dövründə folklordan bəhrələnmişdir: "Dənizçi quruda" (1925), "Məşuqə" (1926) topluları və s. göstərmək olar.
1927-ci ildə 27-ci ədəbi hərəkatının yaradıcılarından biri olmuşdur. 1931-ci ildə Alberti İspaniya Kommunist Partiyasına daxil olmuşdur. 1934-cü ildə həyat yoldaşı Mariya Telesa Leon ilə birlikdə Moskvada keçirilən Sovet yazıçılarının I qurultayında iştirak etmişdir. 1936-39-cu illərdə İspaniya antifaşist ziyalılar ittifaqında görkəmli rol oynamışdır. İspaniyada respublikaçıların məğlubiyyətindən sonra şair ölkəni tərk etmişdir; o, əvvəlcə Fransada (1936-40-cı illərdə), sonra isə 1977-ci ildə Argentinada və Romada yaşamışdır. 1977-ci il Frankonun ölümündən sonra şair siyasi mühacirətdən vətəninə qayıtmış və qayıtdıqdan qısa müddət sonra Kadisin millət vəkili seçilmişdir.
Alberti bütün həyatı boyu Rusiyanın və Sovet İttifaqının böyük dostu olmuşdur. Şair SSRİ-yə 1932, 1934 və 1964-ci illərdə üç dəfə gəlmişdi. Şair 1934-cü ildə Bakıda olmuşdur. 1995-ci ildə Valensiya Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
Əsərləri
redaktə“Prado muzeyində hərb gecəsi” (1956) pyesi ispan xalqının azadlıq uğrunda mübarizəsinə həsr olunmuşdur. 1956-cı ildə “Unudulmuş meşəcik” adlı xatirələrini çap etdirmişdiR.[1]
Şeir kitabları
redaktə- “Şüarlar” (1933)
- “Şair küçədə” (1936)
- “Ləpədöyən” (1944)
- “Xuan Panaderonun kupletləri” (1949)
- “Parana çayının ballada və nəğmələri” (1954)
- “Yalnız dəniz” (1983)
- “Santa Kasilda” (1990)
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 301–302. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
redaktə- Portal de Rafael Alberti
- Rafael Alberti Foundation, Spanish and English
- Rafael Alberti, Centro Virtual Cervantes
- Colección de Poemas
- Биография Рафаэля Альберти
- Рафаэль Альберти в Энциклопедии Кольера
- Антология и хрестоматия испанской поэзии (letra А): биографии авторов, поэтов и тексты
- Стихотворения Рафаэля Альберти на сайте "Испаноязычный мир: поэзия, изобразительное искусство, музыка, голос"