Rafael Cebrayilov - Wikipedia
Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu – 30 sentyabr 2021[1], Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[2], IV çağırış və V çağırış deputatı.
Rafael Cəbrayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Cəbrayılov Rafael Kamil oğlu |
Doğum tarixi | 28 dekabr 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2021[1] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktə1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
Evli idi, 2 övladı var.[3]
29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür.[4]
Fəaliyyəti
redaktə1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşdur. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.
İstinadlar
redaktə- ↑ 1 2 Rafael Cəbrayılov həbsdə vəfat etdi - Yenilənib.
- ↑ Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
- ↑ Ən layiqli namizədə səs verin, parlamenti siz seçin: Rafael Cəbrayılov. "Rəsmi Bakı" qəzeti, № 10(107), 01–07 noyabr 2010-cu il.
- ↑ "Rafael Cəbrayılov həbsdə vəfat etdi - Yenilənib". qafqazinfo.az (az.). 30.09.2021. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2021.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |