Raisa Atambayeva - Wikipedia
Raisa Atambayeva[1] (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi.[2]
Raisa Atambayeva | |
---|---|
qırğ. Раиса Атамбаева | |
Digər adı | Raisa Minəhmədova |
Doğum tarixi | |
Doğum yeri | Tatar ASSR, RSFSR, Sovet İttifaqı |
Həyat yoldaşı | Almazbek Atambayev |
Uşaqları | Kadırbəy, Aliyə |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRaisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir.[2] Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar.[2]
Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir.[2] Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir.[2] Tibb elmləri namizədidir.[2]
Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır.[2]
Ailəsi
redaktəRaisa Minəhmədova 1988-ci ildə Qırğızıstan Respublikasının gələcək prezidenti Almazbek Atambayevla ailə həyatı qurmuşdur. O, Almazbek Atambayevun ikinci həyat yoldaşıdır. Bu nikahdan onların 2 övladı dünyaya gəlmişdir: oğulları Kadırbəy 1993-cü il təvəllüdlü, qızları Aliyə isə 1997-ci il təvəllüdlüdür. Kadırbəy 2011-ci ildə Qırğızıstanda orta məktəbi qızıl medalla bitirmiş və ali təhsilini Türkiyədə davam etdirmişdir.[2] Ailədə uşaqların əsas zəhmətini birinci xanımın çəkdiyini qeyd edən Prezident oğlu barədə danışarkən belə demişdir:
"Mən bir də onda bildim ki, Kadırbəy artıq orta məktəbi bitirir".[2]
İctimai fəaliyyəti
redaktəBirinci ledi çox nadir hallarda publika qarşısına çıxır.[2] İlk dəfə o, ictimaiyyət qarşısına prezidentin andiçmə mərasimi günü çıxıb.[2] İkinci dəfə isə qırğızlar xanım Atambayevanı Türkiyə Prezidentinin Qırğızıstana səfəri zamanı onlara yoldaşlıq edəndə görüblər.[2] Yalnız bu zaman fotojurnalistlər Qırğız Respublikasının birinci ledisinin şəklini çəkə biliblər.[2] Buna qədər isə o, heç vaxt qəzetlərə, televiziyalara müsahibə verməmişdir.[2] Hətta həyat yoldaşı olan Prezident Almazbek Atambayevin andiçmə mərasimi zamanı verilən ziyafətdəki çıxışında Raisa Atambəyova qonaqları salamlayıb onlara minnətdarlığını bildirdikdən sonra demişdir ki, bu, onun publika arasında sonuncu iştirakı və çıxışı olacaq. Sitat:
"Mənim üçün həyatda qızım Aliyənin saçlarını hörməkdən, onun dərslərinə kömək etməkdən, sevimli ərimə dadlı nahar hazırlamaqdan daha zövqlü bir iş yoxdur ".[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva Heydər Əliyev Fondunda olublar[ölü keçid]. heydar-aliyev-foundation.org, 30.05.2012 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Günəş Fərhadlı. Qırğızıstanın 1-ci, prezidentin 2-ci xanımı - o, milliyətcə qırğız deyil… - FOTOLAR Arxivləşdirilib 2016-10-01 at the Wayback Machine. modern.az, 18.02.2013 (az.)