Ramil Eliyev Filoloq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramil Manaf oğlu Əliyev (d. 28 sentyabr, 1953; Şəki, Azərbaycan SSR) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (2009), professor (2014).
Ramil Əliyev | |
---|---|
Ramil Manaf oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | BDU |
Həyatı
redaktə1960–1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil alıb. 1970–1971-ci illərdə Şəki mətbəəsində çalışıb. 1972 – 1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib.
1983-cü ildə Nizami adına Azərbaycan Ədəbiyyatı tarixi Muzeyində, 1983–1995-ci illərdə "Elm" nəşriyyatında işləyib. 1992-ci ildə "Mifoloji görüşlər və onların Azərbaycan nağıllarında izləri" mövzusunda namizədlik, 2008-ci ildə "Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2009-cu ildən filologiya üzrə elmlər doktorudur. 2014-cü il noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə professor elmi adını alıb.
1995–2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitutunda çalışıb. 2002-ci ildə АMEА Folklor İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləyib, 2009-cu ilin sentyabrından Azərbaycan Müəllimlər İnstitutunun "Azərbaycan dilinin tədrisi metodikası" kafedrasında, 2010-cu ildən "Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası" kafedrasında dosent vəzifəsində əmək fəaliyyətini davam etdirib. Daha sonra Azərbaycan Müəllimlər İnstitutunun "Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışıb.
2015-ci ilin yanvar ayından etibarən Azərbaycan Müəllimlər İnstitutunda elmi işlər üzrə prorektordur.
Ramil Əliyev 20-dən çox kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, 50-dən artıq məqalə və metodik işlərin müəllifidir.
Çap olunmuş elmi əsərlərinin siyahısı
redaktə1. "Rəvayət-dastanlarda kontaminasiyalar haqqında",
Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, toplu, XVI cild, 2005, s.125 – 142
2. "Ölüb-dirilmə motivinin tipləri və tipikləşdirilməsi haqqında",
Məqalə, "Dədə Qorqud" jurnalı, 2005, № 3, s.36 – 49
3. "Xalq dastanlarında mifoloji mətnlər", Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, toplu, XVIII cild, 2005, s.69 – 81
4. "Azərbaycan nağıllarında mifoloji mətnlər",
Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, toplu, XIX cild, 2005, s.40 – 58
5. "Qurban və onun arxetipi haqqında struktur-semantik analiz",
Məqalə, "Dədə Qorqud" jurnalı, 2005, № 4,
s.68 – 75
6. "Əfsanə mətnlərində mifoloji görüşlər", Məqalə, Elmi axtarışlar, 2005, XV cild, s.189 – 203
7. "Türk tanrıçılığında Böyük Yaradana inam",
Məqalə, Elmi axtarışlar, 2005, XVI cild,
s.30 – 38
8. "İlan kultunun semantik xüsusiyyətləri", Məqalə, Filologiya məsələləri, 2006, № 1
s.113 – 119
9. "Sarı qız inancının paradiqmatik formaları", Məqalə, Elmi axtarışlar, 2006, XVIII cild, s.20 – 25
10. "Arzu-Qəmbər" dastanlarının müqayisəli araşdırılmasına dair", Məqalə, Elmi axtarışlar, 2006, XVIII cild,
s.84 – 89
11. "Totem və onun inkişaf mərhələləri", Məqalə, "Dədə Qorqud" jurnalı, III (20). 2006, s.54 – 62
12. "Totemizm haqqında", Məqalə, Elmi axtarışlar, 2006, XIX cild, s.158 – 164
13. "Əfsanə və nağıllarda ağac kultunun struktur semantik funksiyalarına dair", Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, toplu, XX cild, 2006, s.75 – 87
14. "İnkarnasiya, reinkarnasiya və inisiasiya problemi haqqında", Məqalə, Elmi axtarışlar, XXI cild, 2006, s.13 – 17
15. "Əfsanələrdə dağ kultunun struktur-semantik funksiyalarına dair", Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, toplu, XXI cild, 2006, s.15 – 28
16. "Dastan-rəvayətlərin janr xüsusiyyətləri", Məqalə, BDU, Elmi Xəbərlər, 2006, № 1, s.62 – 67
17. "Dəli Domrul" boyunun mifoloji strukturu", Məqalə, ADPU-nun Elmi Xəbərləri, 2006, № 3, s.143 – 149
18. "Mifoloji təfəkkür, mifoloji şüur və xaos", Məqalə, AMEA-nın Məruzələri, LXII cild, 2006, № 1, s.106 – 111
19. "Mifoloji şüurun struktur səviyyələri", Məqalə, Elmi axtarışlar, XX cild, 2006, s.271 – 277
20. "Mif və simvol", Məqalə, "Dədə Qorqud" jurnalı, 2006, № 2, s.45 – 53
21. "Totemizmin struktur səviyyələri", Məqalə, Elmi axtarışlar, XXII cild, 2006, s.3 – 7
22. "İnkarnasiya, reinkarnasiya və inisiasiya problemi haqqında", Məqalə, "Mədəniyyət dünyası" elmi-nəzəri məcmuəsi, 2006, XII buraxılış, s.361 – 364
23. "Mifin dialektikası və folklor", Məqalə, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" dərgisi, Bakı, 2006, № 3, s.78 – 81
24. "Ölüm haqdı, çıxmaq olmaz əmrdən ("Kitabi-Dədə Qorqud"da "Dəli Domrul" boyu haqqında)", Məqalə, "Azərbaycan" jurnalı, 2006, № 8, s.180 – 182
25. "Nağıl mətnlərinin mif və motiv strukturu", Məqalə, "Dil və ədəbiyyat" jurnalı, 2006, № 3 (51), s.110 – 113
26. "О структурно-семантическом моделировании культа горы в фольклорных текстах", статья, журнал "Культура народов Причерноморья", 2006, № 82, Симферополь, Украина, стр.94 – 97
27. "Mifologiyada it-qurd problemi haqqında", Məqalə, Filologiya məsələləri, 2006, № 2, s.131 – 137
28. "Azərbaycan nağıllarında mifik görüşlər", Kitab, Bakı, Elm, 1992, 117 s.
29. "Türk dünyasından yarpaqlar", Kitab, Bakı, Qartal, 2000, 96 s.
30. "Mifoloji şüurun bədii spesifikası", Kitab, Bakı, Qartal, 2001, 100 s.
31. "XX əsrdə türk xalqlarının birliyi ideyası", Kitab, Bakı, Qartal, 2002, 122 s.
32. "Mif və folklor: genezisi və poetikası", Kitab, Bakı, Elm, 2005, 224 s.
33. "Riyazi mifologiya", Kitab, Bakı, Nurlan, 2008, 182 s.
34. "Sabaha məktublar", Kitab, Bakı, Elm və Təhsil, 2009, 192 s.
35. "Oxşar dəyərlərin gen qaynağı – genealoji nəzəriyyə", Məqalə, Folklorşünaslıq məsələləri, 8-ci buraxılış, Bakı, 2010, s.56 – 66
36. "Orta əsrlər Şərq ədəbiyyatı", Dərs vəsaiti, Bakı, Elm-təhsil, 2010, 336 s.
37. "Orta əsrlər Şərq ədəbiyyatı fənninin proqramı", Proqram, Bakı, 2010, 52 s.
38. "Kitabi-Dədə Qorqud" boylarının riyazi-morfoloji strukturu haqqında", Məqalə, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXIII kitab, Bakı, Nurlan, 2010, s.43 – 56
39. "Dədə Qorqud"un etnoqrafiyası", Məqalə, "Dədə Qorqud" jurnalı, 2010, № 3, s.20 – 40
40. "Sehrli nağıllarda motivasiya, mifoloji obraz və mifoloji motiv", Məqalə, "Dədə Qorqud", elmi-ədəbi toplu, 2011/2, s.42 – 52
41. "Dil, yaddaş və mətn strukturunda janr, motiv və obraz", Məqalə, "Dədə Qorqud", elmi-ədəbi toplu, 2011/3, s.13 – 19
42. "Sabir şerində folklor-poetik ənənə", Məqalə, "Sabir-150" elmi-praktik konfransının materialları, s.60 – 65
43. "Türk masallarında motivasion, formül, mitolojik motiv ve mitolojik karaktere özgü özellikler", Məqalə, Motiv Akademi halk bilimi dergisi, 2011/2, s.47 – 56
44. "Masallarda Efsane ve Masal Yapısalcılığı", Məqalə, Motiv Akademi halk bilimi dergisi, 2011/1, s.38 – 44
45. "Yuxugörmənin folklor-psixoloji analizi", Məqalə, Journal of Qafqaz University, 2012, № 33, s.58 – 65
46. "Azərbaycanda oğuzşünaslıq araşdırmaları: mif və paradiqması", Məqalə, "Dədə Qorqud" elmi-ədəbi toplusu, 2011/3, s.141 – 153
47. "Azərbaycan şifahi xalq ədəbiyyatı", Dərs vəsaiti, Bakı, ADPU, 2012, 169 s.
48. "Azərbaycan şifahi xalq ədəbiyyatı" fənninin proqramı", Proqram, Bakı, 2012, 24 s.
49. "Orta əsrlər Avropa ədəbiyyatı" fənninin proqramı", Proqram, Bakı, 2012, 24 s.
50. "Azərbaycan əfsanə və rəvayətlərinin motiv göstəricisi"ndə sistemləşdirmə məsələləri", Məqalə, "Folklorun toplanması və sistemləşdirilməsi problemləri" mövzusunda Respublika Elmi Konfransının materialları, Şamaxı şəhəri, 5 iyun 2013-cü il, s.151 – 158
51. "Folklor mətnlərində riyazi mifologiya məsələləri", Məqalə, Journal of Qafqaz University, № 34, 2012, s.20 – 28
52. "Şəkidə Novruz adətləri", Məqalə, Azərbaycanda Novruz, Bakı, Çıraq, 2012, 272 s., s.106 –108
53. "Lətifə janrının tədrisi və təhlili haqqında", Məqalə, Filologiya məsələləri, 2013, № 3, s.328 – 334
54. "Bəxtiyar Vahabzadənin lirikası", Məqalə, I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumunun materialları, 13–15 dekabr, 2012, Bakı, s.21 – 26
55. "Şifahi xalq ədəbiyyatının tədrisi məsələləri", Metodik vəsait, Bakı, ADPU, 2013, 357 s.
56. "Folklor dəyərləri, milli mədəniyyət və mentalitetin qorunması", Məqalə, "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" II Beynəlxalq elmi konfransının materialları, Bakı, 26–28 noyabr 2012, s.117 – 120
57. "Uşaq nağıllarının repertuara görə təsnif və janr özünəməxsusluqları", Məqalə, Türk xalqları uşaq ədəbiyyatı beynəlxalq konqresi, II, 11–13 oktyabr 2012, Bakı, s.249 – 254
58. "Rəvayət və onun tədrisi məsələləri", Məqalə, Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri, 2012, № 3, s.188 – 196
59. "Uşaq folkloru və onun janrlarının təlim xüsusiyyətləri", Məqalə, Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri, 2012, № 3, s.72 – 77
60. "Şifahi xalq ədəbiyyatı dərslərində mərasim folklorunun tədrisi haqqında", Məqalə, Şifahi xalq ədəbiyyatına dair tədqiqlər, 42-ci kitab, Bakı, 2013, s.48 – 57
61. "Dədə Qorqud kitabı"nın öyrənilməsində yeni təhlil üsulları", Məqalə, "Dədə Qorqud" elmi-ədəbi toplusu, 2013/1, s.3 – 13
62. "Koroğlu" dastanının ənənəvi və interaktiv təlim prosesində təhlili", Məqalə, ADPU-nun Xəbərləri, 2013, № 3, s.333 – 338
63. "Tədrisdə məişət mərasimi nəğmələri və oyunlarının öyrədilməsi təcrübəsindən", Məqalə, Şifahi xalq ədəbiyyatına dair tədqiqlər, 43-cü say, Bakı, 2013, s.37 – 47
64. "Riyaziyyatın tədrisində riyazi folklordan istifadə məsələlərinə dair", Məqalə, Fizika, riyaziyyat və informatika tədrisi, 2014, № 1, s.17 – 21
65. "Orta əsrlər Şərq intibah ədəbiyyatı tarixi", Dərslik, Bakı, "Müəllim" nəşriyyatı, 2014, 415 s.
66. "Əfsanə və rəvayətlərin janr və tədris xüsusiyyətləri", Məqalə, Journal of Qafqaz University, № 1, 2013, s.17 – 23
67. "Ədəbiyyat tarixinin tədrisində Heydər Əliyev irsi və şəxsiyyəti ilə bağlı məsələlər", Məqalə, "Azərbaycan dili və ədəbiyyatı tədrisi" elmi-metodik jurnalı, 2014, № 1, s.26 – 30
68. "Orta əsrlər Şərq intibah ədəbiyyatının tədrisi məsələləri", Metodik vəsait, Bakı, "Müəllim" nəşriyyatı, 2014, 250 s.
69. İlyas Əfəndiyevin yaradıcılığında epos düşüncəsi, Məqalə, Azərbaycan Müəllimlər İnstitutunun "Xəbərlər" toplusu, 2014, № 4
70. Azərbaycan romanında antiepos düşüncəsi, Məqalə, "Azərbaycanşünaslığın aktual problemləri" VI Beynəlxalq Elmi konfransının materialları, Bakı, 5–7 may 2015, s.337 – 340