Ramil Eliyev Iqtisadci - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əliyev Ramil Bəylər oğlu (1940, Qaryagin rayonu) — iqtisad elmləri doktoru, professor.
Ramil Əliyev | |
---|---|
Doğum tarixi | 1940 |
Doğum yeri |
Həyatı
redaktəRamil Əliyev 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R. Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R. Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R. Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir. 1963–1965-ci illərdə ordu sıralarında xidmət edən R. Əliyev həm də Ali Hərbi Partiya məktəbində müəllim işləyir. Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayır. İnstitutda çalışdığı illərdə o, elmi axtarışlarında xeyli uğurlar qazanır, bunun müqabilində vəzifə pillələri ilə yüksəlməyə başlayır. 1969–1970-ci illərdə baş elmi işçi, 1970–1972-ci illərdə isə elmi katib işlədikdən sonra, 1972–1985-ci illərdə şöbə müdiri vəzifəsinə yüksəlir. R. Əliyev 1970-ci ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyası müdafiə etməklə Azərbaycanın iqtisadiyyat elminə, xüsusən də tətbiqi iqtisadiyyata öz zəngin töhfəsini verib.
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |