Ramin Quluzade - Wikipedia
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).
Ramin Quluzadə | |
---|---|
Vəzifədədir | |
26 yanvar 2021-ci ildən | |
Əvvəlki | Oqtay Şahbazov |
13 fevral 2017 – 26 yanvar 2021 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Rəşad Nəbiyev |
15 yanvar 2016 – 13 fevral 2017 | |
Əvvəlki | Əli Abbasov |
Sonrakı | vəzifə ləğv edilib |
25 noyabr 2015 – 15 yanvar 2016 | |
Əvvəlki | İltimas Məmmədov |
Sonrakı | Əli Abdullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | dövlət xadimi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRamin Namiq oğlu Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri Yasamal rayon 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, həmin institutu 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr pillələri üzrə bitirmişdir.[1]
Ramin Quluzadə 2005-ci ildən 2015-ci ilədək Heydər Əliyev Fondunda çalışmışdır.[1] Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmiş[2] və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 15 yanvar 2016-cı ildə həmin vəzifədən azad edilərək[3] rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.[4] 13 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunmuşdur.[5]
2021-ci ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilmiş[6] və Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.[7]
Azərbaycan Respublikası Prezidentinin 10 may 2014-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı medalı ilə təltif edilmişdir.[8]
İstinadlar
redaktə- ↑ 1 2 "Nazir | Ramin Namiq oğlu Quluzadə". Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. 2019-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
- ↑ "Heydər Əliyev Fondu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.