Ramiz Hesenov Siyasetci - Wikipedia
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri.
Ramiz Həsənov | |
---|---|
Vəzifədədir | |
27 oktyabr 2021-ci ildən | |
Əvvəlki | Anar Məhərrəmov |
Vəzifədədir | |
19 aprel 2021-ci ildən | |
Əvvəlki | Anar Məhərrəmov |
15 may 2018 – 19 aprel 2021 | |
Nazir | Elmar Məmmədyarov Ceyhun Bayramov |
14 dekabr 2005 – 20 aprel 2018 | |
Sonrakı | vəzifə ləğv edilib |
9 aprel 2004 – 14 dekabr 2005 | |
Əvvəlki | Hacan Hacıyev |
Sonrakı | Namiq Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1961 (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Atası | Ayvaz Həsənov |
Həyatı
redaktəRamiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır.
1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır.
1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur[1][2].
2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır[3][4].
14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur[5][6]. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur[7].
15 may 2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunmuş[8], 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilmişdir[9][10]. Elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[11][12]
Eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir[13].
Ailəsi
redaktəRaziyə Polux qızı Həsənova (d. 1967) adlı xanım ilə ailəlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ "R. A. Həsənovun Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R. A. Həsənovun Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R. A. Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R.A.Həsənovun Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.
- ↑ "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R.A.Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "R.A.Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ "Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi - Səfir təyin olundu / YENİLƏNDİ". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ "R.A.Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-08.
- ↑ "Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri R.A.Həsənovun iqamətgahı Madrid şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.