Rasim Nebiyev - Wikipedia
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001),
Rasim Nəbiyev | |
---|---|
Rasim Nəsib oğlu Nəbiyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | aeronaviqasiya, elektronika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Milli Aviasiya Akademiyası-nın Elmi Tədqiqat Aviasiya İnstitutu |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Həyatı
redaktə1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür. Onun rəhbərliyi ilə 4 Ph.d yetişdirilmiş və hal-hazırda 3 dissertanta elmi rəhbərlik edir. Aeronaviqasiya xidmətinin inkişafı üzrə regional assosasiya-RADA-nın üzvüdür. Azərbayjanda aviasiyanın inkişafında və elmi kadrların yetişdirilməsində əhəmiyyətli xidmətləri vardır.