Rasim Qasimov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rasim Mustafa oğlu Qasımov (1 yanvar 1935, Bakı – 30 may 2016, Bakı) — Azərbaycan Alimi, Texnika Elmləri Doktoru, Professor, Beynəlxalq Mühəndislik Akademiyasınin Akademiki, Azərbaycan Mühəndislik Akademiyasının Akademiki, Nyü-York Akademiyasinin Akademiki.
Rasim Qasımov | |
---|---|
Doğum tarixi | 1 yanvar 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 2016 (81 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, fiziki kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
|
Həyatı
redaktəQasımov Rasim Mustafa oğlu 1 yanvar 1935-ci ildə Bakida həkim ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Energetika İnstitutunu bitirib. Qasımov namizədlik dissertasiyasını M. V. Lomonosov adına MDU-nun kimya fakultəsində müdafiə etmişdir, onun tərəfindən burada SSRİ-də ilk dəfə olaraq radiodalğaların millimetrlik diapazonunda məhlul və mayelərin eksperiment kəşfləri və ölçüləri təşkil olunmuşdur. Ilk dəfə olaraq maye və məhlulların fluktasiyon hadisələrinin onların dielektrik xassələrinə təsiri nəzəri və təcrübi cəhətdən öyrənilmişdir. Yuxarıda qeyd etdiyimiz işlərin əsasında Qasımov R. M. 1962-ci ildə V. İ. Lenin adına MDPS-n xüsusi şurasında "Radiodalğaların millimetrik diapazonunda həll olan məhlulların dielektrik xassələri va onların molekulyar quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əsas elmi nailiyyətləri
redaktəQasımov R. M. 1964-cü ildən Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Bu illərdə O, SVK-ə olan qütb mayelərin dielektrik xassələrini ölçmək üçün bir çox metodlar tapmışdır. Ayrı-ayrı neftkimyəvi sintez məhsullarının analizi üçün kütlə-spektr analiz metodlarını yaratmışdır. EPR-metodu ilə gumin turşularının paramaqnit xassələrini geniş dairədə araşdırmışdır. Axırıncı kəşvlərin nəticələri, 1972-ci ildə "Torpaqdaki üzvi maddələrin paramaqnit xassələri" monografiyasında dərc edilmişdir. Bu kəşflər əsasında ayrı-ayrı torpaqlarda qumus birləşmələrinin sərbəst radikal xüsusiyyətləri müəyyən edildi, həmin turşuların bioloji aktivliyi və onların paramaqnit xassələri arasındaki birmənalı əlaqə ilk dəfə təsdiqləndi.
1965-ci ildə SSRİ-də ilk dəfə olaraq Qasımov R. M. Azərbaycan EA Kimyəvi Texnologiyanın Nəzəri Probləmləri İnstitutunda, kimya və kimyəvi texnologiyada eksperiment kəşflərin avtomatlaşdırılması laboratoriyasını yaratdı. Bu illərdə Qasımov şualar dairəsini bir məqsəd üçün cəmləşdirir: "Hesablayıcı texnikanın köməyi ilə kəşvlərin avtomatlaşdırılmasının əsasını tapmaq". Onun tərəfindən kimya və kimyəvi texnologiyada EHM-i bazası əsasında yaradılmış elmi eksperimentlər ilk dəfə 1970-ci ildə SSRİ-də işlədilən kimyəvi reaktor laboratoriyasının əsasını təşkil etmişdir. Bu idarə sistemi EHM ilə real zaman miqyasında avtomatik idarə olunan reaktor arasında ikitərəfli distansion məlumat mübadiləni təmin edir. Eləcə də bu sistemin vasitəsi ilə alkilqatışıq heterosiklik birləşmələrin hidrogen peroksidin köməkliyi ilə dehidroziyanı və məqsədli məhsulların alınma yollarını həyata kecirmək olar. Bu kəşfləri və mühəndislik axtarışları ilə Qasımov elmi kəşflərdəki avtomatik eksperiment ilə bağlı yeni elmi istiqamət yaratdı. Bu elmi istiqamətlə 1979-cu ildə, L. İ. Karpov adına Elmi-Tədqiqat Fizika-Kimya Institutunda təşkil olunmuş xüsusi şuranın iştiraki ilə "EHM-in köməyi ilə kimyəvi və kimya-texnoloji tədqiqatların təşkili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Eləcə də o, dəqiq rəqəmli ölçü cihazları, dozimetrlər və reagent itkisinin tənzimləyicilərini kəşf etmişdir.
1968-ci ildə Qasımov "Fizika kimya" ixtisası üzrə böyük elmi işçi, 1988-ci ildə isə "Kimyəvi texnologiyanın aparatları və prosesləri" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Qasımov R. M. 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilmişdir
Onun rəhbərliyi altında yaradılmış avtomatlaşdırma sistemləri, EHM ilə analizatorların əlaqə qurğuları, metallar, İTPTANA-ə, OKBA-n və Voronej filialında, Lensovet adına lTJ-ə və bir çox institutlarda xromotoqrafiq və spektral analizlərin emal edilməsi uğurla tətbiq edilmişdir. Qasımov tərəfindən işlənib hazırlanmış prinsiplər və texniki həllərinin köməkliyi ilə 70-ci illərdə U. Karpov adına NJFXS layihəsi ilə, SJYMA kinetik eksperimentinin avtomatlaşdırılması əsasında buraxılan OKVA-n yaranmasında böyük rol oynamışdır.
R.M.Qasımov mikrodalğa və infraqirmızı şuaları söndürən, mühüm ekoloji əhəmiyyət kəsb edən məsələni həll etmək üçün yeni bir istiqamət yaratmışdır. O, ilk dəfə nəzəri və təcrübi yolla, düşən şüaların tam udulması effektının olmasını əsaslandırmişdır. Bu effektin qoruyucu örtüklərin, məsafəli şüaqöndərən və analitik nəzarət etmə metodlarının yaradılmasında böyuk əhəmiyyəti vardır. R. M. Qasımov tərəfindən təklif olunmuş yüksək dispersiyalı bərk və kapsullaşdırılmış maye maddələr əsasında yaradılmış tam uducu örtüklərin yaranma prinsipləri və texnologiyasi layihəsinə ğörə 1998–1999-cu illərdə radar gurğuların xidmət yerlərində ekoloji qoruyucu örtüklərin təcrübi nümunələri əldə edilmişdır. Qasımov ilk dəfə olaraq əks etməyən və işıqlandırıcı örtüklər yaratmaq yolu ilə günəş enerjisinin toplanmasının metodlarını yaratmışdır. Qasımov R. M.tam udma effekti əsasında bir sıra metodlar, o cümlədən analoqı olmayan polar maye identifikasiya və qeyri-polyar mühitdə polar maddənin az və daha az miqdarının dəqiq ölçmə metodlarını yaratmışdır. Qasımovun rəhbərliyi ilə bu istiqamətlərdə AMEA Fizika Institutu (Azərbaycan EA Fotoelektronika İnstitutunda) bir necə elmi işlər aparılmışdır. O, bu üsulların tədbiqi ücün cihazlar yaradılmışdır.
2008-ci ildə bu mövzuda Qasımovun rəhbərliyi ilə Milli Aviasiya Akademiyasında şöbə açılmışdir.
Qasımovun işləri bir neçə dəfə SSRİ Xalq Təsərrüfati Nailiyyətləri Sərğisində (XTNS) və Beynəlxalq sərğidə nümayiş etdirilmişdir.
Qasımov R. M. MDB və keçmiş SSRİ-nin elmi jurnallarında dərc olunmuş 400-dan çox elmi işlərin və monoqrafiyaların müəllifidir. Qasımovun işləyib hazırladıği texniki vasitələr 40-dan çox patent və müəlıiflik şahadətnaməsində öz əksini tapmışdır. Onun apardığı elmi tədqiqatların nəticələri bir çox dərsliklərdə və elmi kitablarda istifadə olunmuşdur. O, dəfələrlə Ümumittifaq və Beynəlxalq konfranslarda çıxıç etmişdır. 2006-cı ildə Nyü-Yorkda çap olunmuş "Who‘s who" kitabda onun elmi nəaliyyətləri haqqında məqələ dərç olunmuşdur.
2016-cı ildə Avrasiya patent aqentliyi tərəfindən Qasımova R. M. "Cismin hərəkət sürətinin təyini üsulu" ixtirasina görə müəllıflik şahadətnaməsi verilmişdir.
Qasımov R. M. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyurdu və burada imtahan komissiyasının sədri olmuşdu. Qasımovun R. M. elmi rəhbərliyi ilə doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir.
Qasımov R. M. Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Elmi Şurasinin üzvü idi. Həmin İnstitutun və Azərbaycan MEA Kibernetika İnstitutunun (İdarəetmə Sistemləri İnstitutu) nəzdində yaradılmış doktorluq dissertasiyalarının və texniki ixtisaslar üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü idi. 1992–2006-cı illərdə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komisiyasında exspert Şurasinin üzvü olmuşdur.
Təltif
redaktə- "SSRİ-nın ixtiraçısı" medalı
- SSRİ-nin Moskva Energetika İnstitutunun gümüş medalı
- "V. İ. Leninın 100-illiyi" medalı
- "SSSR-in Xalq Təsərrüfati Nailiyyətləri Sərğisinin (XTNS)" gümüş medalı
- "SSSR-in XTNS" 2 bürünc medal
- "Beynalxalq sərqi" diplom və medal (Budapeşt şəh.)
- "Sosialist müsabiqə qalibi" medalı
- "D. İ. Mendeleev ad. Kimya Cəmiyyəti" 1-ci dərəcəli diplom
- "Əmək veteranı" medalı
- "Fəxri Fərman"
Elmi adlar
redaktə- 1988-ci ildə — Professor
- 1996-cı ildə — Beynəlxalq Mühəndislik Akademiyasının Fiziki-Texniki Problemlər ixtisası üzrə müxbir üzvü
- 1997-ci ildə — Nyü-York Akademiyasinin Akademiki.
- 1999-cu ildə — Beynəlxalq Mühəndislik Akademiyasınin Akademiki.
- 2006-cı ildə — Azərbaycan Mühəndislik Akademiyasının Akademiki.
İstinadlar
redaktəXarici keçidlər
redaktəDavamçıları
redaktə- Oğlu - Emin Qasımov – Azərbaycan Alimi, Fizika-Riyaziyyat Elmləri Doktoru, Beynəlxalq Elm Və Mühəndislik Akademiyasının Müxbir Üzvü.
- Qızı - Sevda Qasımova – Azərbaycan Alimi, Texnika Elmləri Doktoru, Professor, Beynəlxalq Elm və Mühəndislik Akademiyasının Akademiki.