Rauf Israfilov - Wikipedia
Rauf İsrafilov (d.1956, Azərbaycan SSR, Bakı ş.) — TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi, professor[1].
Rauf İsrafilov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Vətəndaşlığı | Kanada |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | professor |
Həyatı
redaktə1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası professor, anası isə Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır[1].
Ailəsi
redaktəAiləlidir, 2 uşağı var.
Fəaliyyəti
redaktəBir müddət Bakı Dövlət Universitetində geologiya fakultəsində mühazirələr demiş, lakin bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunda keçmişdir. 1978-ci ildə ora baş laborant vəzifəsinə qəbul edilmiş və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olmuşdur. Aspiranturanı Moskvada bitirmiş və elmlər namizədi dərəcəsini orada almışdır. Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuş, hidrogeologiya sahəsində professor adını qazanmışdır.
Fullbrayt proqramı- aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Amerikada imtahan verib hidrogeoloq kimi peşəsini təsdiqləyən lisenziya almışdır.[2]
Təltif və mükafatları
redaktə- 2001-ci ildən alim kimi NATO-nun Sülh Naminə Elmi Tədqiqat proqramlarına qoşularaq üç dəfə böyük qrantlar udub Azərbaycana gətirmişdir.
- 2005-ci ildə aldığı bu qrantlardan biri Geologiya İnstituna dəyəri yarım milyon dollarlıq müasir avadanlıq qazandırmışdır. 2001-ci ildən sözügedən proqramın xətti ilə Kanadanın Toronto Universitetinin şöbə müdiri professor Ken Hovard, Azərbaycan tərəfdən isə Geologiya İnstitunun şöbə müdiri kimi əməkdaşlığa başlayıb[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 Kanadada məskunlaşan azərbaycanlı professor
- ↑ "Rauf Israfilov - ACADEMIC". fulbrightscholars.org. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.