Rayberleme - Wikipedia
Rayberləmə dedikdə deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı nəzərdə tutulur. Bu tenologiya ilə deşiyin həm forma dəqilqiyi artır, həm də səthinin kələkötürlüyü yaxşılaşır.
Rayberləmə deşikdə düzgün forma, yüksək ölçü dəqiqliyi və kələkötürlük almaq üçün rayber aləti (Rayber) tətbiq edilən tamamlama (təmiz emal) mexaniki emal üsuludur. Rayberləmədə qalınlığı maksiumum 0,5 mm olan pay çıxarılmaqla, deşikləri 2-3 dəqiqlik və 7-8-ci təmizlik siniflərində hazırlamaq olur. Xüsusi hallarda kəscilik qabiliyyəti yüksəldilmiş alətərin tətbiqi ilə bu parametrləri daha da yaxşılaşdırmaq olur. Proses yalnız soyuducu-yağlayıcı mayenin tətbiqi ilə aparılır. Təmiz rayberləmədə kəsmə dərinliyi 0,5-0,25 mm-i keçmir. Rayberləmədə kəsmə parametrləri şəkil 1-də verilmişdir.
Kəsmə rejimləri rayber alətinin növündən asılı olaraq müxtəlif olur. Bir tilli alətlərdə nisbətən aşağı veriş verməklə böyük kəsmə sürətlərində (poladın emalında: v=25-90 m/dəq) emal aparmaq mümkündür. Çoxtilli rayberlər isə yalnız aşağı kəsmə sürətlərinə (poladın emalında: 8-12 m/dəq) imkan yaradırlar. Bunun səbəbi yüksək kəsmə sürətlərində aparıcı faskaların qızamsı və nəticədə alətin yeyilməsi sayəsində səthlərin keyfiyyətinin aşağı düşməsi ilə bağlıdır. Bir tilli alətlərdə isə alətin kəsən hissəsini optimal hazırlamaq mümkün olur ki, bu da əlverişli kəsmə şəraitinə imkan yaradır. Verişin qiyməti tillərin sayından asılı olaraq alınır. Bir tilli alətlərdə verilən veriş yalnız bir til tərəfindən yerinə yetirildiyi halda, çoxtilli rayberlərdə bu tillər arasında bölünür. Bir tilli rayberlərdə polad üçün veriş sürəti 0,1-0,35 mm/dövr arasında, çoxtillilərdə isə 0,2-1 mm/dövr arasında yerləşir. Verişin seçilməsinə rayberin plan bucağı bir başa təsir edir.