Rebekka Yenot - Wikipedia
Rebekka (ing. Rebecca) – ABŞ prezidenti Kalvin Kulic və həyat yoldaşı Qreys Kulic tərəfindən saxlanılan dişi yenot.
Rebekka Mississippi ştatında tutulub.[1] 1926-cı ildə Şükran günü naharında servis edilmək məqsədilə Ağ evə göndərilsə də, Kulic ailəsi onu yemək əvəzinə ev heyvanı kimi saxlamaq qərarına gəlmişdilər. Milad bayramında Rebekka üçün üzərində "Ağ evin yenotu" sözləri olan naxışlı yaxalıq hazırlanmışdır. Rebekka hər il Ağ evdə keçirilən Pasxa bayramı zamanı yumurta diyirləmə yarışlarında iştirak etməyi sevirdi.[2]
Rebekka korolyok və krevet ilə yedizdirilirdi, yumurta isə sevimli qidası idi.[3] Ağ evdə və həyətdə sərbəst şəkildə gəzməsinə icazə verilirdi. Rebekka bəzən Ağ evdə yaramazlıqlar da edirdi: lampaları sökür, kabinetləri açır və otaq bitkilərini dibçəkdən çıxarırdı.[4]
Qreys Kulic onun haqqında yazmışdır:
Böyük ağacların birində onun üçün ev düzəltdik və onu qorumaq üçün ətrafına tikanlı məftil düzdük. Çöldə olanda zəncir taxırdıq, amma Ağ evin içində sərbəst idi. Yaramaz idi və Ağ evin içində olanda ona nəzarət etməli olurduq. Bir az su ilə doldurulmuş vannanın içinə qoyanda və oynaması üçün bir parça sabun verəndə çox əylənirdi. Özünü bir saatdan çox bu məşğuliyyətlə əyləndirə bilirdi.[3] |
1927-ci ilin martında Ağ evin bərpa işləri zamanı Kulic Rebekkanı müvəqqəti olaraq Dupon dairəsi malikanəsinə gətirmişdir.[5] Kulic ailəsi Blek-Hillsə tətilə gedərkən 2 it və 5 bülbüllə yanaşı Rebekkanı da səbətə qoyub özləri ilə aparmışdı.[6][2][5] Kalvin Kulicin Ağ evi tərk etməyə hazırlaşarkən 1929-cu ildə Rebekkanı Vaşinqtonun Rok-Krik parkında yerləşən zooloji sığınacağa (indiki Milli Zooloji Park) bağışlamışdır.[2][7] Lakin Rebekka bura uyğunlaşa bilməmiş və tezliklə ölmüşdür.[8]
Digər heyvanlar
redaktəRebekkaya yoldaş olması üçün Ağ evə Ruben adlı erkək yenot da gətirilmişdir. Ruben tez-tez qaçmağa çalışırdı və hər dəfə Ağ evin heyəti tərəfindən yaxalanırdı. Ən sonda isə həmişəlik qaça bilmiş və bir daha ondan xəbər alınmamışdır.[2][3]
Kalvin Kulicdən sonra gələn növbəti ABŞ prezidenti Herbert Huver ev heyvanı kimi saxladığı Billi adlı opossumu Ağ evə gətirmiş və Rebekkanın ağacdakı evini Billi tutmuşdur.[2][9]
Xarici keçidlər
redaktə- Vikianbarda Rebekka (yenot) ilə əlaqəli mediafayllar var.
İstinadlar
redaktə- ↑ Pietrusza, David, Silent Cal's Almanack: The Homespun Wit and Wisdom of Vermont's Calvin Coolidge, 2008, səh. 195
- ↑ 1 2 3 4 5 Costello, Matthew. "Raccoons at the White House". The White House Historical Association (ingilis). June 8, 2018. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2018.
- ↑ 1 2 3 Pietrusza, David. ""Wombats and Such": Calvin and Grace Coolidge and Their Pets". www.davidpietrusza.com. 3 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 January 2018.
- ↑ Truman, Margaret, The President's House: 1800 to the Present, Random House, 2007, səh. 150, ISBN 9780307417312
- ↑ 1 2 Klein, Christopher. "The Thanksgiving Raccoon That Became a Presidential Pet". HISTORY (ingilis). November 18, 2016. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
- ↑ Tupper, Seth, Calvin Coolidge in the Black Hills, Arcadia Publishing, 2017, səh. 37, ISBN 9781625857668, 2021-10-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-23
- ↑ Otfinoski, Steven, Raccoons, Animals Animals, Marshall Cavendish, 2010, səh. 34, ISBN 9780761448419, 2021-08-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-08-23
- ↑ Daley, Jason. "Raccoon Was Once a Thanksgiving Feast Fit for a President". Smithsonian Magazine (ingilis). November 27, 2019. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
- ↑ Dessem, Matthew. "The Best (and Worst) Presidential Pets in American History, Ranked". Slate Magazine (ingilis). 2021-01-31. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.