Redaksiya - Wikipedia
Redaksiya (lat. redactus (redactio) — qaydaya salınma, səhmana salınmış)
1) mətbuatda, radio və televiziyada əsərin müəllifin əsərlərinin nüsxəsi üzərində kağızların redaktorun iş prosesi (redaktə). Redaksiya müəllifin fərdi üslubunu saxlamaqla, əsərin məzmun və formasını təkmilləşdirməkdən ibarət yaradıcı prosesdir. Redaksiya şərti olaraq siyasi, ədəbi və elmi növlərə ayrılır;
2) mətnşünaslıqda ədəbi və ya elmi əsər mətninin müəllif, yaxud redaktor tərəfindən təshih edilib yenidən işlənmiş, təkmilləşdirilmiş variantı. Redaksiya zamanı əsərin yalnız dil və üslubu, süjet və kompozisiyası deyil, ideya istiqaməti, nəzəri müddəaları da dəyişikliyə uğraya bilər. Bu halda yaranan yeni mətnə əsərin yeni redaksiyası deyilir;
3) kütləvi təbliğat və informasiya vasitələri sistemində (qəzet, jurnal, radio və televiziya verilişləri, ensiklopediya, nəşriyyat, kino və s.) inzibati idarə;
4) redaktor heyəti;
5) nəşretmə, satış, yayım, məqalələrin və s. qəbulu ilə məşğul olan kontor, yer və ya şəxslər.
Ədəbiyyat
redaktə- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.