Registan Meydani Semerqend - Wikipedia
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir[1].
Registan meydanı | |
---|---|
39°39′17″ şm. e. 66°58′32″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Şəhər | Səmərqənd |
Yerləşir | Səmərqənd |
Sifarişçi | Uluqbəy |
Tikilmə tarixi | 1417-1420 |
Üslubu | Teymuri memarlığı |
Vəziyyəti | muzey |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv |
Təyin edilib | 2001 |
İstinad nöm. | 603 |
Dövlət | Özbəkistan |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRegistan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir:[2] Uluqbəy mədrəsəsi (XV əsr), Şirdor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir.
Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir[3]. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir. Bundan bir neçə il sonra təkrar üç mədrəsə, Tilla-Kari tikdirilmişdir. Kənardan görünüşü digər iki mədrəsəyə oxşamaqla birlikdə bu mədrəsənin daxili quruluşu bir qədər fərqlidir. Mədrəsələr eyni plan əsasında inşa edilmişdir. Dörd künclü bir bağça, dörd eyvan və dairə boyunca sıralanmış otaqlar. Otaq qapıları İslam dinində mühüm bir xüsusiyyət olan hörmət və alçaq gönüllüğü vurğulamaq üçün xüsusən alçaq düzəldilmişdir. Qapılardan girərkən və çıxarkən mütləq başın aşağıəyilməsi lazımdır.
Qalereya
redaktəXarici keçidlər
redaktə- ↑ "Geçmişin ihtişamı, Semerkant'ın yüreği olarak anılan Registan meydanında bu gün bile rahatlıkla görülebilir". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.
- ↑ "Bu medreselerden en eskisi alim hükümdar Uluğ Bey tarafından 15'inci yüzyılda yaptırılmış olan ve Uluğ Bey'in bizzat astronomi dersleri verdiği medrese". 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.
- ↑ "Uluğbey'in ölümünden 200 yıl sonra, Semerkant'ın yöneticisi olan Yalangtuş Bahadur'ın emriyle birinci medresenin bir kopyası olarak, ikinci bir medrese yaptırılmış ve Şir-Dor Medresesi adı verilmiştir". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.