Respublika Xatire Kitabi Redaksiyasi - Wikipedia
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir[1].
"Respublika Xatirə Kitabı" redaksiyası | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Nəşriyyat-redaksiya |
Təsis tarixi | 1989 |
xatirekitabi.az/index.php |
Haqqında
redaktəAzərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır.
1997-ci ildən kitab nəşr prosesinə başlamışdır.
Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib.
Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
Baş redaktoru olmuşlar
redaktə- Nahid Rəhim oğlu Hacıyev — ?-2016
- Nəzakət Salah qızı Məmmədova — 2016-indi[2]
Həmçinin bax
redaktəƏlaqə
redaktə- Ünvan:AZ1073, Bakı ş., Mətbuat pr., 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, 5-ci mərtəbə
- Tel.: (994 12) 4972024, (994 12) 4972023, (994 12) 4970756, (994 12) 493284, (994 12) 4978051,
İstinadlar
redaktə- ↑ “Respublika Xatirə Kitabı” Redaksiyasının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi haqqında Arxivləşdirilib 2018-09-04 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2016-cı il tarixli, 217 nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ Azərbaycanın "Xatirə Kitabı" yaddaşımızın abidəsidir...[ölü keçid]