Respublika Meydani Irevan - Wikipedia
Respublika meydanı (erm. Հանրապետության հրապարակ)[2] — Ermənistanın paytaxtı İrəvanın mərkəzi meydanı.
Respublika meydanı | |
---|---|
Հանրապետության Հրապարակ.jpg | |
40°10′39″ şm. e. 44°30′45″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Kentron[d] |
Tikilmə tarixi | 1977 |
Üslubu | erməni və neoklassik qarışığı |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Meydan iki hissədən ibarətdir - dairəvi hərəkət və musiqili fontanların olduğu trapezvari hissələr.
Meydan fərqli erməni motivləri ilə zəngin olan neoklassik üslubda çəhrayı və ağ rəngli tufla üzlənmiş beş əsas bina ilə əhatə olunmuşdur. Bu memarlıq ansamblına daxildir: Ermənistanın Hökumət binası, Ermənistan Tarix Muzeyi və Milli Qalereya, Marriott Otel, Mərkəzi Poçt Binası və Xarici İşlər, Nəqliyyat və Rabitə Nazirliyi. Meydan təxminən 30.000 kvadrat metr sahəni əhatə edir.
Tiqran Mets prospekti, Nalbandyan küçəsi, Abovyan küçəsi, Amiryan küçəsi, Vazgen Sarkisyan küçəsi meydanı birləşdirir.
Meydanın dizaynını 1924-cü ildə Alexander Tamanyan tamamlamışdır[3]. Binaların əksəriyyəti 1950-ci ildə tamamlanır. Sonuncu binanın inşası (Milli Qalereya) 1977-ci ildə bitir[4].
Sovet dövründə meydan Leninin adını daşıyır. Mərkəzində Leninin heykəli qoyulmuşdu və meydanda ildə iki dəfə (əvvəlcə üç dəfə) hərbi paradlar keçirilmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra Leninin heykəli sökülmüş və meydanın adı dəyişdirilmişdir[5].
Respublika meydanı "şəhərin və Ermənistanın ən vacib sivil məkanı", İrəvanın "memarlıq irsi" və "İrəvanın ən görkəmli memarlıq ansamblı" kimi təsvir edilmişdir. Yazıçı və səyyah Deerdr Holdinq Respublika meydanını "XX əsrdə dünyada qurulmuş ən yaxşı mərkəzi meydanlardan biri" adlandırmışdır
Arxitekturası
redaktəMeydan iki hissədən ibarətdir. Birincisində mərkəzdə daş naxışlı dairəvi bir küçə var. İkincisi Ermənistan Milli Tarix Muzeyi və Milli Qalereya ilə üzbəüz, trapeziyavari bir formaya malikdir. Bu hissədə musiqili fontanlar qurulmuşdur. Meydanın ətrafındakı binalar çəhrayı və ağ tüfla üzlənmişdir, alt hissəsi isə bazaltdan hazırlanmışdır.
Tarixi
redaktəİrəvanda uzun əsrlər boyu müxtəlif nisbətdə bir şəhər meydanı mövcud olmuşdur. 2003-cü ildə meydanda geniş qazıntı və yenidənqurma işləri aparılmış və 18-19-cu əsrlərə aid köhnə səviyyə aşkar edilmişdir[6].
Sovetdən əvvəlki dövrdə meydan 1906-11-ci illərdə Boris Mehrabyan tərəfindən İrəvanın baş planının bir hissəsi olaraq hazırlanmışdır[7]. Meydanın müasir mənzərəsi 1924-cü ildə şəhərin baş memarı Aleksandr Tamanyan tərəfindən tərtib edilmişdir. Meydanın inşası 1926-cı ildə Hökumət binası ilə başlanır. Layihə 1950-ci illərə qədər, beş binanın hamısı dizayn edildikdə və 1977-ci ildə Milli Qalereya inşa edildikdə tamamlanır. Sovet dövründə meydan Sovet Lideri Vladimir Leninin şərəfinə Leninin meydanı adını daşıyırdı. Leninin heykəli 1940-cı ildə meydanda qoyulmuş və 1991-ci ildə Ermənistanın müstəqilliyi ərəfəsində sökülmüşdür.
Görməli yerləri
redaktəBinalar
redaktəBina | Tarix |
---|---|
Bina Ermənistan hökumətinə (nazirlər kabineti və icra hakimiyyətinin natamam tərkibi) aiddir. Sovet dövründə Sovet Ermənistanının icra orqanı olan Xalq Komissarlığı burada yerləşirdi.
Şimal-qərb hissəsi 1926-29-cu illərdə Aleksandr Tamanyanın dizaynına əsasən inşa edilmişdir. 1938-ci ildə oğlu Qevorq Tamanyan binanın qalan hissəsinin inşasını öz üzərinə götürdü. Bina 1941-ci ildə tamamlanıb. | |
Ermənistan Milli Tarix Muzeyi və Ermənistan Milli Rəsm Qalereyası
Tikinti 1950-ci illərdə başlamış və 1977-ci ildə Milli Qalereyanın tamamlanması ilə başa çatmışdır.[4][8] Bina Mark Qriqoryan və Eduard Sarapyan tərəfindən tərtib edilmişdir. Tikilinin kiçik bir hissəsi, Arno Babacanyan Konsert Salonu 1916-cı ildə inşa edilmişdir. | |
Bina 1958-ci ildə Mark Qriqoryan və Eduard Sarapyanın layihəsinə əsasən inşa edilmişdir. Sovet dövründə Ermənistan oteli olraq adlanırdı. Lüks otel, Ermənistandakı otellər arasında liderdir[9]. 380 otaqdan ibarətdir. | |
Bina 1955-ci ilə Samvel Safaryan, Rafael İsraelyan və Varazdat Arevşatyanın dizaynına əsasən inşa edilmişdir[4][10]. Birinci mərtəbənin pəncərələrinin üstündəki friz yarımçıqdır[11]. 1996-cı ildən 2016-cı ilə qədər bina xarici işlər nazirliyinə aid idi[12]. | |
Binanın inşası Mark Qriqoryan və Eduard Sarapyanın layihəsinə görə 1933-cü ildən 1956-cı ilə qədər aparılmışdır. 2016-cı ilə qədər binada Nəqliyyat və Rabitə Nazirliyi yerləşirdi. |
Mühüm hadisələr
redaktə1968-ci ildə Respublika Meydanında İrəvanın 2750 illik yubileyini təntənəli şəkildə qeyd edilir.
25 iyun 2016-cı ildə Papa Fransisk və II Qaregin Respublika meydanında ekumenik bir dua etdi[13][14]. Təxminən 50.000 insan duaya qoşuldu[15].
İstinadlar
redaktə- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ Pechakjian, Pauline. "The 10 Best Hotels & Inns in Yerevan, Armenia". theculturetrip.com. 2016-04-28. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
...Republic Square, referred to by locals as the Hraparak...
- ↑ "Government Building History". Government of the Republic of Armenia. 2016-08-04 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Government of the Republic of Armenia. "Հայաստանի Հանրապետության Երևան քաղաքի պատմության և մշակույթի անշարժ հուշարձանների պետակական ցուցակ [List of historical and cultural monuments of Yerevan]". arlis.am (erməni). Armenian Legal Information System. 2004-11-02. 2016-08-05 tarixində arxivləşdirilib.
- ↑ Serge Schmemann. "In the Caucasus, Ancient Blood Feuds Threaten to Engulf 2 New Republics". The New York Times. 1992-07-08. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
On the former Lenin Square, now Republic Square, the statue of Lenin is gone and his pedestal is being prepared for demolition.
- ↑ "Yerevan Walking Tour: Republic Square Excavations". armenianheritage.org. Armenian Monuments Awareness Project. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Հանրապետության հրապարակ". yerevan.am (erməni). 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "1947-1991 Հայաստանի պետական պատկերասրահ [1947-1991 The State Gallery of Armenia]". gallery.am (erməni). National Gallery of Armenia. 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Armenia Marriott Hotel Yerevan". marriott.com. 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Սամվել Սաֆարյան վաստակավոր ճարտարապետ [Samvel Safaryan]". archmuseum.am (erməni). National Museum-Institute of Architecture of Armenia. 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
...Կառավարական 2-րդ շենքը Երևանի Հանրապետության հրապարակում (համահեղինակներ՝ Ռ.Իսրաելյան, Վ.Արևշատյան)...
- ↑ "Շրջայց Երևանով. Հանրապետության հրապարակ [Yerevan Walking Tour: Republic Square]". armenianheritage.org (erməni). Armenian Monuments Awareness Project. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "History". mfa.am. Ministry of Foreign Affairs of the Republic of Armenia. 2016-08-04 tarixində arxivləşdirilib.
- ↑ "Ecumenical Prayer Vigil for Peace: Address of the Holy Father". vatican.va. Yerevan, Republic Square: Holy See. 2016-06-25. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Pope Francis Holds Ecumenical Service at Yerevan's Republic Square". Armenian Weekly. 2016-06-26. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ Povoledo, Elisabetta. "Pope Francis to Armenians: Seek Peace, but Never Forget Genocide". The New York Times. 2016-06-25. 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.