Reynpark Stadionu - Wikipedia
Reynpark Stadionu - Wikipedia - Haqqında Məlumat
Reynpark stadionu (alm. Rheinpark Stadion) — Lixtenşteynin paytaxtı Vaduts şəhərində yerləşən futbol stadionu. Stadion Lixtenşteyn milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Vaduts" futbol klubunun ev stadionu sayılır. Tamaşaçı tutumu 6.127 nəfərdir. Açılışı 31 iyul 1998-ci ildə olmuşdur. Açılış oyununda "Vaduts" və "Kayzerslautern" komandaları qarşılaşıblar. Bu görüş 0:8 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Reynpark stadionu | |
---|---|
Yeri | Vaduts, Lixtenşteyn |
Təməli qoyulub | 1 iyul 1997 |
Açılış tarixi | 31 iyul 1998 |
Sahibi | Vaduts |
Tamaşaçı tutumu | 6.127[1] |
Ev sahibi komanda |
Vaduts FK Lixtenşteyn milli futbol komandası |
Meydançanın ölçüləri | 105x68 |
Ot örtüyü | Ot |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion Lixtenşteynin İsveçrə ilə olan dövlət sərhədinin bir neçə metrliyində yerləşir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "ЛИХТЕНШТЕЙН - РОССИЯ: НЕ СПОТКНУТЬСЯ НА "КАРЛИКАХ"". Sport-express.ru. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.