Ricard Nevil Vorvik Qrafi - Wikipedia
Riçard Nevil (ing. Richard Neville; 22 noyabr 1428, Noric – 14 aprel 1471, Barnet borosu, Böyük London regionu[d]) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri.
Riçard Nevil | |
---|---|
ing. Richard Neville | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1428 |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1471 (42 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi lider[d], diplomat, siyasətçi |
Atası | Riçard Nevil (Salisburi qrafı)[1] |
Uşaqları | |
Dini | katolisizm |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Evlilik yoluyla Vorvik qrafı, dövrün ən zəngin və güclü ingilis əsilzadəsi oldu. Güllər müharibəsinin ilk illərində qohum olduğu York ailəsini dəstəkləsə də, daha sonra Lankasterlərin cəbhəsinə qoşuldu və 2 kralın taxtdan endirilməsinə təsir etdi. İlk başda siyasi mübarizə olaraq başlayan sürtüşmə, atası Salisburi qrafı ilə Yorklu Riçardın döyüş meydanında öldürülməsinin ardından üsyana çevrildi. Bibisi oğlu olan Yorklu Eduardla birləşərək VI Henrini taxtdan endirdi və onu IV Eduard adıyla taxta çıxardı. Bu səbəblə bir çox mənbədə Kral Yaradan (ing. Kingmaker) olaraq adlandırılır.
Ancaq xarici siyasət və kralın Yelizaveta Vudvillə olan evliliyi səbəbilə IV Eduardla münasibətləri pisləşdi. Kralın qardaşı Klarens hersoqu Corc Plantageneti taxta çıxarmağı planlaşdırdı ancaq uğursuz bir cəhdin ardından VI Henrini yenidən taxta çıxardı. Çox keçmədən, cəmi 6 ay sonra IV Eduard səltənətini bərpa etdi və Riçard Nevil 14 aprel 1471-ci ildə Barnet döyüşündə öldürüldü.
Ailəsi
redaktə1436-cı ildə Vorvik qrafının qızı Anna Byuçemplə evləndirildi və cütlüyün 2 qızı dünyaya gəldi.
Mənbə
redaktə- Dockray, Keith, ed. (1988). Three Chronicles of the Reign of Edward IV (A Chronicle of the First Thirteen Years of the Reign of King Edward the Fourth; Chronicle of the Rebellion in Lincolnshire, 1470; Historie of the Arrivall of Edward IV). Gloucester: Sutton. ISBN 0-8629-9568-X
- Ross, Charles, ed. (1980). Rous Roll. Gloucester: Sutton. ISBN 0-9043-8743-7
- Armstrong, C.A.J. (1983). England, France and Burgundy in the Fifteenth Century. London: Hambleton Press. ISBN 0-9076-2813-3
- Goodman, Anthony (1981). The Wars of the Roses: Military Activity and English Society, 1452–97. London: Routledge & Kegan Paul. ISBN 0-7100-0728-0
İstinadlar
redaktə- ↑ 1 2 Kindred Britain.