Risk Iqtisadi - Wikipedia
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.[1]
Riskin bir sıra xarakterik xüsusiyyətləri var:
1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur;
2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur;
3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur;
4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.[2]
Risklərin bir çox klassifikasiyası mövcuddur. Mümkün nəticələrdən asılı olaraq risklər 2 qrupa ayrılır:
1. Xalis risklər — mənfi, yaxud "0" nəticə almaq mümkünlüyü;
2. Spekulyativ risklər — həm mənfi, həm də müsbət nəticələr almaq mümkünlüyü.[3]
Şirkətlərin hər an qarşılaşa biləcəyi çox sayda risk növləri mövcuddur. İqtisadiyyatın istənilən sahəsi, həm ticarət, həm xidmət, həm də istehsalat sahəsi öz fəaliyyət mexanizminə və mühitünə uyğun olan risklərə məruz qalır.
Bu cür risklərin qarşısını almaq, onların mənfi təsirinin həcmini azaltmaq məqsədilə hər bir şirkətdə risklərin qiymətləndirilməsi və onlara nəzarət sistemi yaradılmalıdır. Şirkətlərdə risklərin effektiv idarəetmə sisteminin formalaşdırılması şirkətin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə, onun fəaliyyətinin səmərəliliyin təmin edilməsi istiqamətində ciddi addımdır.
İstinadlar
redaktə- ↑ http://www.investopedia.com/terms/r/risk.asp
- ↑ "Arxivlənmiş surət". 2017-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.