Robinzon Kruzo - Wikipedia
Robinzon Kruzo - Wikipedia - Haqqında Məlumat
Robinzon Kruzo— Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir[1]. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur.
Robinzon Kruzo | |
---|---|
ing. The Life and Strange Surprizing Adventures of Robinson Crusoe, of York, Mariner: Who lived Eight and Twenty Years, all alone in an un-inhabited Island on the Coast of America, near the Mouth of the Great River of Oroonoque; Having been cast on Shore by Shipwreck, wherein all the Men perished but himself. With An Account how he was at last as strangely deliver'd by Pyrates. Written by Himself... | |
Müəllif | Daniel Defo |
Janrlar | avtobioqrafiya |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 25 aprel 1719 |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır[2]. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir.
İstinadlar
redaktə- ↑ Defoe, Daniel. Robinson Crusoe. Courier Corporation. 10 June 1998 [1719]. hdl:20.500.12024/K061280.000. ISBN 9780486404271.
- ↑ Heitman, Danny. "Fiction as authentic as fact". Wall Street Journal. 11 January 2013. 2 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2017.
Vikianbarda Robinzon Kruzo ilə əlaqəli mediafayllar var.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |