Roman Memarligi - Wikipedia
Roman memarlığı — Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti adı.
Tarixi
redaktəŞimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti olaraq Roman incəsənəti deyilir. Bu dövrdə Avropada memarlıq sənəti insanlara gərəkli baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən təsviri sənət növləri də Roman üslubunda tikilmiş abidələrlə əlaqədar yaranıb və inkişaf edirdi. XI-XII əsrlərdə tikilən kilsələrdə Katolik kilsəsinin tələblərinə cavab verən boyakarlıq, heykəltaraşlıq və s. sənətlərdən geniş istifadə olunurdu. Roman kilsələrinin memarlıq nümunələri kimi həm zahiri görünüşü, həm də daxili quruluşu və bəzəyinə görə asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfindən yanlarından adətən, müdafiə qüllərinə bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər də kobud görünür. Qapı pəncərələr kiçik olduğundan kilsənin içərisi çox zaman qaranlıq olur. Roman kilsəsi içəridən porlar hissəsi ilə bölünür. Əsasən, Fransada nailiyyətlər qazanmış Roman memarlığı nümunələrində müxtəlif şəhərlərdə tikilmiş kilsələri qeyd etmək olar. İtalıyanın fəxri sayılan Piza şəhərindəki XI əsrə aid olan "Yıxılan qüllə" və bir sıra başqaları Roman memarlığının yadigarıdır. Onlar adətən, möhkəm qala divarları ilə əhatə olunurdu. XII əsrin axırlarına XV əsrin sonuna qədər Qərbi Avropa ölkələrində memarlıq və incəsənət Qotik üslubda yaradılırdı. Bu üslub Orta əsrlər Avropa incəsənətinin ən son mərhələsidir. Qotik kilsələr – səciyyəvi cəhətdən şaqüli şəkildə uzanması, ucalması, boyakarlıq memarlığın heykəltaraşlığın ayrılmaz vəhdətidir. Belə bir yeniliyi də qeyd etmək lazımdır ki, kilsənin inşasında karkas tətbiq olunur və beləliklə, Roman tikililərinə xas ağırlıq azalır. Divarlar yonulmuş daşlardan deyil, kərpicdən kəsilir. Daxili məkan böyük binanın içərisi genişlənir, binanın içərisi böyüyür. Roman kilsələrindən fərqli olaraq, Qotik kilsələrdə pəncərələr qoyulur və onlar vitraj texnikası ilə bəzədilirdi. Nəticədə, Qotik kilsələrində heykəl və barelyef növlərindən daha çox istifadə edilirdi. Bu zaman Roman üslubuna xas hərəkətsiz, sütuna bənzər heykəllər canlı və realist səpkidə yaranmış heykəllərlə bəzədilirdi. Erkən Qotika dövründə Parisdə "Noterdam" kilsəsi, "Reyms qotik" sənətin son mərhələsində tikilmişdir. Bu növ kilsələrin pəncərə çərçivələrdə alovun dillərinə bənzər saysız-hesabsız naxışlar qoyulur. Bu naxışlara "Alovlanan Qotika" sənəti deyirlər. XV əsrin sonunda qotika üslubu tədricən aradan çıxır və sənət aləmində yeni mərhələlər başlayır.
Xarici keçidlər
redaktə- Overview of French Romanesque art Arxivləşdirilib 2011-01-05 at the Wayback Machine
- French Romanesque art through 300 places (fr)(es)(en)(it)
- Spanish and Zamora´s Romanesque art, easy navigation{es} Arxivləşdirilib 2019-01-21 at the Wayback Machine
- Spanish Romanesque art{es}
- Círculo Románico – Visigothic, Mozarabic and Romanesque art in Europe
- Romanesque Churches in Portugal Arxivləşdirilib 2008-09-29 at the Wayback Machine
- The Nine Romanesque Churches of the Vall de Boi – Pyrenees {en}