Romul Rem Ve Disi Canavar - Wikipedia
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib.
Romul, Rem və dişi canavar | ||
---|---|---|
lat. Romulus et Remus | ||
| ||
Rəssam | Piter Paul Rubens | |
Tarixi | 1666-cı il | |
Üslubu | mifologiya rəssamlığı[d][2] | |
Texnikası | 210x212 sm, kətan, yağlı boya | |
Ölçüləri | 213 sm[1] × 212 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Kapitoli pinakotekası, Roma | |
Saytı |
wga.hu/html/r/rubens/22m… museicapitolini.org/fr/p… |
|
İnventar nömrəsi | PC 67 | |
Vikianbarda əlaqəli mediafayllar |
Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər. Günlərin bir günündə buraya çobanlar gəlir: dişi canavar qaçır, uşaqlara isə çarın çobanı Faustul yiyə durur, o da zövcəsi Akka Larentsiya ilə birlikdə onları tərbiyə edir: əkizlərdən birinə Romul, digərinə isə Rem adı verirlər.