Roskild Muqavilesi - Wikipedia
Roskild Muqavilesi - Wikipedia - Haqqında Məlumat
Roskild müqaviləsi - 1658-ci ilin 26 fevral tarixində Danimarka və İsveç arasında imzalanmışdır. Müqavilə 1655 və 1661-ci illər arasında baş vermiş şimal müharibələrinin skandinaviya hissəsinin bitməsi nəticəsində imzalanmışdır. Roskild müqaviləsi nəticəsində Danimarka ərazilərinin 15% -inə yaxın hissəsini itirmişdir. Müqaviləyə əsasən İsveç ərazilərinə daxil olan tarixi Danimarka və Norveç torpaqları İsveçə verilir. Həmin ərazilər bu gündə İsveçin ərazisi hesab edilir. Müqavilənin əsas 12 şərt bu şəkildə sıralanmışdır.[1][2][3]
- Danimarka Skene ərazisini İsveçə verməlidir.
- Danimarka Bleking ərazisini İsveçə verməlidir.
- Danimarka Halland ərazisini yenidən İsveçə qaytarmalıdır.
- Danimarka Bornholm ərazisini İsveçə verməlidir.
- Danimarka Norveç ərazisində yerləşən Bohuslanı İsveçə verməlidir.
- Danimarka Norveç ərazisinidə yerləşən Trodelakı İsveçə verməlidir.
- Danimarka İsveçə qarşı aparılan döyüşlərdə İsveçə dəyən ziyan, maddi şəkildə ödənilməlidir.
- Danimarka İsveç əleyhinə olan bütün əvvəlki müqavilələrdən imtina edir.
- Danimarka döyüş vaxtı lazım olan ərzaqları İsveç əsgərləri üçün təmin etməlidir.
- Knyaz Holstein-Gottrop, İsveçdə qəzalı vəziyyətdə olan bütün tarixi abidələri şəxsi hesabına bərpa etməlidir.[4]
- Danimarka İsveçə üçünçü bir dövlətdən hücum olacağı halda, həmin dövlətin donamasınının Baltik dənizinə daxil olmasına imkan vermələlidir.
Roskild müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 1658-cü ilin 26 fevral |
İmzalanma yeri | Roskild şəhəri |
Tərəflər |
Danimarka İsveç |
Dili | Isveçcə |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Stiles, Andrina. Sweden and the Baltic, 1523 - 1721. Hodder & Stoughton. 1992. ISBN 0-340-54644-1.
- ↑ Scott, Franklin D. . Southern Illinois Press. 1988.
- ↑ Gjerset, Knut. History of the Norwegian People, Volume II. The MacMillan Company. 1915.
- ↑ Struggle for Supremacy in the Baltic: 1600-1725