Rudolf Dizel - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rudolf Dizel (alm. Rudolf Christian Karl Diesel; 18 mart 1858[1][2][…], Paris[4] – 30 sentyabr 1913[1], La Manş boğazı) — Dizel mühhərikini ixtira edərək (1897) avtomobilqayırmanın yaranmasında xüsusi rol oynamış alman mühəndis və ixtiraçı.
Rudolf Dizel | |
---|---|
alm. Rudolf Diesel | |
Doğum tarixi | 18 mart 1858[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 1913[1] (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | ixtiraçı, sahibkar, mühəndis, esperantoçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRudolf Dizel 1858-ci ildə anadan olmuşdur. Fransa-rus müharibəsi zamanı ailəsi ilə birlikdə İngiltərəyə qaçmışdır. Həmin vaxt o Almaniyaya təhsil almağa gedir. 1873-cü ildə real məktəbi əla qiymətlərlə və 1875-ci ildə Auqsburq politexnik məktəbini bitirir. Sonra o Münhen ali texniki məktəbinə dəvət olunur. Buranı Dizel ali məktəbin tarixində ilk dəfə olaraq ən yaxşı qiymətlərlə başa vurur.
27 fevral 1892-ci ildə Dizel "yeni rasional istilik mühərriki" üçün patent ərizəsi verir. 23 fevral 1893-cü ildə "Yüksək istiliyi işə çevirmək üçün üsul və avadanlıq" adı altında onun patenti imperatorluğun patent şöbəsində qeydə alınır. Onun modifikasiya olunmuş Karno tsikli üzrə ikinci patenti 29 noyabr 1893-cü ildə qeydiyyatdan keçir.
1893-cü ildən başlayaraq Auqsburq maşınqayırma zavodunda Fridrix Krupp və Zultser (Sulzer Brothers Ltd) qardaşlarının maliyyə köməyi ilə yeni mühərrikin yaradılması üzərində işlər görülür. İlk işləyən mühərrik Dizel tərəfindən 1897-ci ildə yaradılır. Bu mühərrikin gücü dəqiqədə 172 dövr etdikdə 20 a.q.-nə bərabər idi. F. İ. Ə. isə 26,2% təşkil edirdi. Bu mühərrik həmin dövrdə mövcud olan Otto mühərrikini (f.i.ə. 20%) və gəmi buxar mühərriklərini (f.i.ə. 20%) öz parametri ilə ötüb keçirdi ki, bu da sənayeçilərin böyük marağına səbəb olur. Onun mühərriki qısa zamanda öz tətbiqini tapır. Ancaq öz vətənində Dizel kifayət qədər ad qazana bilmir. Bu onu narahat edirdi.
1898-ci il yanvarın 1-də Dizel yaratdığı mühərriklərin istehsalı ilə məşğul olan öz şəxsi firmasını yaradır. Bu məqsədlə 1900-cü ildə Londonda şirkət qeydiyyatdan keçirilir. Dizel mhərriki ilə işləyən ilk gəmi 1903-cü ildə hazırlanır. 1908-ci ildə ilk yük avtomobili və lokomotiv bu mühərriklə təchiz olunur. 1936-cı ildə ilk minik avtomobili (Мersedes Bens-260D)dizel mühərriki ilə hazırlanır.
Uzun sürən patent çəkişmələri Dizelin sağlamlığına mənfi təsir göstərir. Bundan əlavə onun işlərinin maliyyə vəziyyəti yaxşı deyildi. Dizel yaxşı iş adamı keyfiyyətlərinə malik deyildi. 1913-cü ildə baş verən maliyyə böhranı onun tamamlilə müflisləşməsinə gətirib çıxarır.
19 sentyabr 1913-cü ildə Rudolf Dizel "drezden" paromunun tərkibində Antverpenaya yola düşür. O Londonda onun layihəsi əsasında mühərrik hazırlayan bir şirkətin açılışında iştirak etməyə gedirdi. Deyilənlərə görə yaxşı əhval-ruhiyyəyəy malik olan Dizel axşam öz kayutasına girdikdən sonra heç kim onu bir daha görməyib. Bir neçə həftə sonr alman balıqçıları tərəfindən tanınmaq üçün yaxşı geyinmiş bir cəsədən çıxarılmış iki üzük gətirlir. Dəniz adətinə görə onun cəsədi dənizə buraxılır. Dizelin oğlu atasının üzüklərini tanıyır. Buna baxmayaraq Dizelin ölümü müəmmalı qalır.
Mənbə
redaktə- Eugen Diesel: Diesel. Der Mensch, das Werk, das Schicksal. Hanseatische Verlagsanstalt, Hamburg 1937, Reclam, Heyne, München 1983. ISBN 3-453-55109-5
- Patent DE 67207 Rudolf Diesel: "Arbeitsverfahren und Ausführungsart für şVerbrennungskraftmaschinen"
- Patent DE 82168 Rudolf Diesel: "Verbrennungskraftmaschine mit veränderlicher Dauer der unter wechselndem Überdruck stattfindenden Brennstoffeinführung"
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Rudolf Christian Karl Diesel // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Дизель Рудольф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
redaktə- Vikianbarda Rudolf Dizel ilə əlaqəli mediafayllar var.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |