Ruhlarla Sovrulanlar - Wikipedia
Ruhlarla sovrulanlar (yap. 千と千尋の神隠し – Sen To Chihiro no kamikakusi, Sen və Tihironun sirli yoxa çıxması; ing. Spirited Away) – 2001-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Hayao Miyazakidir.[2] Animasiya filminin büdcəsi ABŞ dolları ilə 19 milyon, gəliri isə 274,925,095 milyon dollar olub.[3] Animasiya Yaponiya studiyası Studio Ghibli tərəfindən çəkilmişdir.[4] "Ruhlarla sovrulanlar" animasiyası böyük mükafatlar əldə etmiş ən yaxşı animasiya filmlərindəndir.[5] Animasiya tənqidçilər tərəfindən böyük reytinq əldə etmişdir.[6][7][8][9][10]
Ruhlarla sovrulanlar | |
千と千尋の神隠し (Sen və Tihironun sirli yoxa çıxması) | |
千と千尋の神隠し | |
---|---|
Janr |
Fentezi macəra komediya dram məhəbbət |
Anime | |
Rejissor | Hayao Miyazaki |
Prodüsser | Toşio Suzuki |
Ssenarist | Hayao Miyazaki |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli[1] |
Vaxt | 125 dəqiqə |
Məzmun
redaktəAkio və Yukonun qızı Çihiro Oqino qəribə xasiyyətli 10 yaşlı qızdır. Çihiro ailəsi ilə birlikdə yeni evə köçmək məqsədilə səfərə çıxırlar. Çihironun atası Akiro maşınını səhv döngəyə idarə edərək başqa yola çıxır. Bu yol ilə onlar meşədən keçərək böyük divarın qarşısına çıxırlar. Buranın qaranlıq tunelindən keçən zaman Çihiro buradan bərk qorxur. Onlar buradan çıxaraq vağzala bənzər şəhərcikdə restorana çatırlar. Bu restoranda heç kim yoxdur. Akio və həyat yoldaşı Yuko restoran stollarının birində yemək tapırlar və burada nahar etməyə başlayırlar. Çihiro isə restoranın ətrafında dolaşır və buranı diqqətlə seyr edir. Darvazaya çatan zaman Çihiro divarda yazılan "Abura-yanın hamamı" sözlərini oxuyur. Bu zaman Haku adında cavan oğlana peyda olur və ona buradan dərhal getmək lazım olduğunu deyir. Bu zaman Çihiro restorana qayıdır və valideynlərini bu barədə danışmaq istəyir. Amma artıq gecə yaxınlaşmışdır. Hər tərəfdən qara kölgələr peyda olur. Çihiro valideynlərinin yanına gələn zaman onların ev donuzuna döndüyünü görür və bundan bərk qorxur. Çihiro bura valideynləri gəldiyi körpüdən darvazaya tərəf qaçmaq istəyir. Lakin Çihiro bura qaçan zaman körpünün yerində böyük axan çayı görür.
Çihiro bu zaman Haku ilə rastlaşır və Haku onu hamama tərəf apararaq, ona burada baş verən hadisələri başa salır. Çihiro Hakunun sözlərindən başa düşür ki, onlar sehirli şəhərciyə düşüblər. Bu şəhərciyi isə cadugər Yubaba idarə edir. Burada yerləşən bütün restoran və hamamlar ona məxsusudur. Onun hamamına ruhlar, kabuslar və digər sehirli varlıqlar dincəlməyə gəlirlər. Yubaba işçiləri və şəxsi qonaqlarından başqa şəhərciyə gələn hər bir kəsi heyvana döndərir. Çihiro valideynlərini xilas etməsi üçün Yubabadan iş istəməlidir. Yubaba isə ondan iş istəyən hər bir kəsi qəbul edir. Çihiro yeni tanışlar Kamadzi baba və Rin sayəsində Yubabanın yanına gəlir. Yubaba onu işə qəbul edir və bu zaman Çihiroya "Sen" adı verir. Çihiro valideynləri insana çevirmək ümidi ilə hamamda işləməyə başlayır. Hamamda işləyən müddətdə Çihiro çoxlu çətinliklərnən qarşılaşır və bütün bunların öhdəsindən gəlməyi bacarır. Günlərin birində Çihiro əjdaha cildində olan Hakunun üzərinə vərəq formasında olan quşların hücum etdiyini görür. Çihiro Hakunun getdiyi yerə gələrəkən onu Yubabanın qarşısında görür. İfadələrdən aydın olur ki, Haku Yubabanın göstərişi ilə onun yaxşı cadugər olan əkiz-bacısı Dzenibdən ovsunlanmış vərəqi oğurlamış və bu zaman Haku lənətə düçar olmuşdu. Çihiro Kamadzi baba və çayın ruhu tərəfindən ona bağışlanılan "İsti şirniyyat" sayəsində Hakunun lənətini yox edərək, onu ölümdən həyata döndərməyi bacarır. Bu hadisədən sonra Çihiro Dzenibanın yanına gəlməyə qərar verir.
Çihiro bunun üçün sehirli qatar stansiyasına gəlir. Qatarda olan zaman Çihiro Dzenibanın ovsunu sayəsində kiçik quşa çevrilmiş Yubabanın Bo adında az yaşlı uşağını götürmüşdür. Çihiroya Simasız qara paltarlı ruh da qatılmış və onlar birlikdə qatarla yola düşmüşlər. Bu müddətdə Hakunun halı yaxşılaşmış və Yubabanın yanına gələrək, ondan Çihironun valideynlərini azad etməsini istəyir. Bu zaman Çihiro Dzenibadan Hakunu bağışlamasını istəyir və Dzeniba onunla razılaşır. Çihiro Dzenibanın evini tərk istəyən zaman Hakunu görür və onunla birlikdə geri qayıdır. Səfərdə Çihiro Hakunun əvvəlki adını yadına salır və ona deyir. Bu zaman Haku keçmişini xatırlayır və Yubabaya kömək etməkdən imtina edir. Geri qayıdan zaman Yubaba Çihironu sonuncu dəfə sınaqdan keçirir. Çihiro qarşısında peyda olan dozunlardan valideynlərini tapmalıdır. Amma Çihiro onların arasında valideynlərinin olmadığını görür və bu cavabı Yubabaya söyləyir. Çihironun cavabı düz olduğundan Yubaba bundan heyrətlənir. Bu cavabdan sonra Çihiro ilə Yubaba arasında imzalanmış müqavilə yox olur. Yubaba Çihironu və onun valideynlərini azad edir. Haku Çihironu yola salarkən ondan gedən zaman arxaya çönməməsini istəyir və işlərini qurtaran kimi onunla real həyatda görüşəcəyini bildirir. Vağzala bənzər darvazaya gələn Çihiro burada valideynləri görür. Çihiro qaranlıq tuneldən çıxan artıq buradan əvvəlki kimi qorxmur. Çihiro ailəsi ilə birlikdə buranı tərk edirlər.
Rolları səsləndirənlər
redaktəPersonaj | Orijinal ad | Səsləndirən |
---|---|---|
Tixiro Oqen (Sen) | Chihiro Ogino (荻野 千尋, Ogino Chihiro?) | Xiiraqi Rumi |
Haku | Nigihayami Kohaku «Haku» Nushi (ニギハヤミコハクヌシ?) | İrino Miyu |
Kamadzi baba | Kamaji (釜爺, lit. Caldera?) | Natsuki Mari |
Simasız | Sin Cara (カオナシ, Kaonashi?) | Qasuin Tatsuya |
Rin | Lin (リン, Rin?) | Tamay Yumi |
Bo | Bō (坊, Bō?) | Kamiki Remosuke |
Akio Oqino | Akihiko Ogino (荻野 明彦, Ogino Akihiko?) | Nayto Takaşi |
Yuki Oqino | Yumiko Ogino (荻野 悠美子, Ogino Yūmiko?) | Savaquti Yasuko |
Titi-Yaku | Titi-Yaku (父役, Yaku-Titi?) | Kamidzo Sumehiko |
Ani-Yaku | Aniyaku (兄役?) | Ono Takexiko |
Ao-Qaero | Ao-Gaero (青蛙, Gaero-Ao?) | Qasuin Tatsuya |
Banday-Qaero | Bandai-Gaero (番台蛙, Gaero-Bandai?) | Oydzumi Yo |
Yubaba | Yubaba (湯婆婆, Yubaaba?, lit. Bathhouse witch) | Natsuki Mari |
Zeniba | Zeniba (銭婆, Zeniiba?) | Natsuki Mari |
Yaradılması
redaktəMən tamaşaçılar tərəfindən rəğbət bəslənilən sadə qız qəhrəmanı yaratmışam. Bu xarakterlərin böyüdüyü hekayə deyildir, ancaq hekayə onların daxillərində konkret hadisələrdən gələn spesifik vəziyyətdir. Mən istəyirəm ki, mənim dostlarım belə yaşasın və mən fikirləşirəm ki, onlarda da belə arzu vardır. |
— Hayao Miyazaki[11] |
Yaponiya ölkəsi animasiya filminin ən inkişaf etmiş ölkələrindən biridir. Hayoa Miyazakinin adı isə Yaponiyada animasiya mövzusunda bir əfsanə olaraq tanınır. Hayoa Miyazaki son animasiya filmi "Şahzadə Mononoke" (ing. Princess Mononoke) animasiyasından sonra kino karyerasına sona çatdırmağa qərar vermişdi. "Ruhlarla sovrulanlar" (yap. Sen To Chihiro No Kamikakushi) animasiya filmi ilə bu qərarından imtina edən Miyazaki film karyerasını taclandırmağa nail olmuşdur. Hayoa Miyazaki ailəsi və beş qız dostu ilə tətildə olan zaman dostları üçün yeni animasiya hazırlamaq qərarına gəlir. Miyazako müxtəlif jurnallardan ilhamlanaraq bu animasiyanın bünövrəsini qoyur. "Ruhlarla sovrulanlar" animasiyası böyük büdcə ilə çəkilmişdir. Miyazaki bu animasiyanı yaratmaq üçün müxtəlif məzmunlar yaratmışdır. Lakin yazdıqlarından ikisi studiya tərəfindən qəbul edilməmişdir. Onun tərəfindən hazırlanan üçüncü mövzusu "Ruhlarla sovrulanlar" hekayəsi ilə bağlıdır. Bu hekayənin əsas mövzusu hamam ətrafında baş verir. Miyazakinin fikrincə hamamın ətrafında müxtəlif sehrli varlıqlar olmalıdır. Animasiyanın hazırlanmasına 2000-ci ildən başlanılmışdır. "Şahzadə Mononoke" animasiyasını hazırlayan zaman studiya iştirakçıları bir çox proqramları eksperiment etmişlər. Bu zaman onlar bir çox yeni təminat proqramları öyrənirlər. Animasiyanın hazırlanmasında "Softimage" və digər proqramlardan istifadə edilmişdir.[12] Miyazaki hekayəni hazırlayan zaman baş qəhrəman qızın gözəl olmasını istəmirdi. Animasiyanın hazırlanmasına başlanılan zaman baş qəhrəmanın qəmgin personaj kimi göstərilməsi Miyazakini narahat edirdi. Amma animasiyanın sonuna yaxın Miyazaki fikrini dəyişdirmiş və personajın bu xasiyyətindən məmnun olmuşdu. Miyazaki Tokioda yerləşən Koqanei yaşayış məntəqəsindı olan "Edo-Tokyo Open Air" adlı arxitektor muzeyindən ilhamlanaraq sirli ruh varlıqları yaratmışdır. Tayvanda yerləşən " Jiufen" şəhəri, Yamaqato Prefekturasındakı Notoyaryokan mehmanxanası animasiyanın hazırlanması üçün ilham mənbələrindən biridir. Yaponiyanın Şitoku adasında yerləşən məşhur hamamlardan biri olan "The Dōgo Onsen" animasiyada göstərilən hamamın yaradılmasında əsas mənbə kimi göstərilə bilər.[13]
Mükafatlar və nominasiyalar
redaktə"Ruhlarla sovrulanlar" animasiyası Buz dövrü, Lilo və Stiç, "Spirit" və "Xəzinə planeti" kimi animasiyaları qabaqlayaraq 2002-ci ildə "Ən ən yaxşı qısametrajlı animasiya filmi" mükafatını qazanır.[14] Həmin ildə animasiya filmi "Berlin festivalında" "Qızıl ayı" mükafatına layiq görülür və Amerikanın Milli Tənqidçilər tərəfindən "İlin ən yaxşı qısametrajlı animasiyası" mükafatını qazanır.[15][16]
İl | Mükafat və ya Nominasiya | Qazanan | Nəticə |
---|---|---|---|
2003 | Amerikan Kino Akademiyası Mükafatı | Ən Yaxşı Animasiya Oskar Mükafatı | Qazandı |
2003 | Enni mükafatı | Ən Yaxşı Animasiya Mükafatı, Ən Yaxşı Rejissor Mükafatı, Ən Yaxşı Ssenari Mükafatı | Qazandı |
2002 | 25-ci Yapon Akademiya Mükafatı | Ən Yaxşı Film Mükafatı[17] | Qazandı |
2002 | 52-ci Berlin Beynəlxalq Film Festivalı | Ən Yaxşı Film, Qızıl Ayı Mükafatı | Qazandı |
2002 | Boston Film Tənqidçiləri | Xüsusi Mükafat | Qazandı |
2003 | BFCA Mükafatı | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | Sinekid Film Mükafatı | Ən Yaxşı Film Mükafatı | Qazandı |
2002 | Dallas Film Tənqidçiləri | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | Florida Film Tənqidçiləri | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | Golden Satellite Mükafatı | Ən Yaxşı Film Mükafatı | Qazandı |
2002 | Honq Konq Film Festivalı | Ən Yaxşı Asiya Filmi Mükafatı | Qazandı |
2002 | Los Anceles Film Tənqidçiləri | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | Nyu York Film Tənqidçiləri | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | Onlayn Film Tənqidçilər Birliyi | Ən Yaxşı Animasiya Mükafatı | Qazandı |
2003 | San Fransisko Film Festivalı | Ən Yaxşı Film Tamaşaçı Mükafatı | Qazandı |
2002 | Saturn mükafatı | Ən Yaxşı Animasiya Namizədi, Ən Yaxşı Musiqi Namizədi, Ən Yaxşı Ssenari Namizədi | Namizəd |
2003 | Çikaqo Film Festivalı | Ən Yaxşı Xarici Dildə Film Namizədi, Ən Yaxşı Musiqi Namizədi | Namizəd |
2002 | Sezar mükafatı | Ən Yaxşı Xarici Dildə Film Namizədi | Namizəd |
2002 | 15-ci Avropa Film Mükafatı | Ən Yaxşı Rejissor Namizədi | Namizəd |
2003 | Amerikan Səs Fantastikası Mükafatı | Ən Yaxşı Səs Fantastikası Namizədi | Namizəd |
2003 | Onlayn Film Tənqidçilər Birliyi | Ən Yaxşı Xarici Dildə Film Namizədi | Namizəd |
Saundtrek siyahısı
redaktəRuhlarla sovrulanlar | |
---|---|
Dzö Hisaisi tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 17 iyul 2001 |
Janr | fentezi filmi[d], uşaq filmi[d], İsekay, dram filmi |
Müddət | 59:51 |
Leybl | Tokuma Japan Communications |
Prodüser |
Ruhlarla sovrulanlar animasiyasının saundtreki - 2001-ci ildə buraxılmış saundtrek albomudur. Saundtrek siyahısında 21 trek vardır. İlk 20 trekin müəllif Co Hisaişidir. Sonuncu trek olan "Always With Me" treki Osakadan olan arfada ifa edən Kimura Yumi tərəfindən səsləndirilmişdir.[19][20] Mahnının musiqi Kimura Yuminin, sözlərinin müəllif isə onun dostu Bakako Kakudur. Bu mahnı Hayao Miyazakinin çəkilməmiş "Rin, bacaların rəssamı" animesi üçün hazırlanmışdır.[21]
Orijinal treklərin siyahısı | |||
---|---|---|---|
Yaponca adı | İngiliscə adı | Trekin davam etmə müddəti | |
1 | あの夏へ (Ano natsu e?) | One Summer's Day | 3:09 |
2 | とおり道 (Tōri michi?) | A Road to Somewhere | 2:07 |
3 | 誰もいない料理店 (Dare mo inai ryōriten?) | The Empty Restaurant | 3:15 |
4 | 夜来る (Yoru kuru?) | Nighttime Coming | 2:00 |
5 | 竜の少年 (Ryū no shōnen?) | The Dragon Boy | 2:12 |
6 | ボイラー虫 (Boirā mushi?) | Sootballs | 2:33 |
7 | 神さま達 (Kami-samatachi?) | Procession of the Spirits | 3:00 |
8 | 湯婆婆 (Yubaba?) | Yubaba | 3:30 |
9 | 湯屋の朝 (Yuya no asa?) | Bathhouse Morning | 2:02 |
10 | あの日の川 (Ano hi no kawa?) | Day of the River | 3:13 |
11 | 仕事はつらいぜ (Shigoto wa tsuraize?) | It's Hard Work | 2:26 |
12 | おクサレ神 (Okusare-kami?) | The Stink Spirit | 4:01 |
13 | 千の勇気 (Sen no yūki?) | Sen's Courage | 2:45 |
14 | 底なし穴 (Sokonashi ana?) | The Bottomless Pit | 1:18 |
15 | カオナシ (Kaonashi?) | Kaonashi (No Face) | 3:47 |
16 | 6番目の駅 (Roku-banme no eki?) | The Sixth Station | 3:38 |
17 | 湯婆婆狂乱 (Yubaba kyōran?) | Yubaba's Panic | 1:38 |
18 | 沼の底の家 (Numa no soko no ie?) | The House at Swamp Bottom | 1:29 |
19 | ふたたび (Futatabi?) | Reprise | 4:53 |
20 | 帰る日 (Kaeru hi?) | The Return | 3:20 |
21 | いつも何度でも (Itsu mo nando demo?) | Always With Me | 3:35 |
Orijinal treklər ilə bərabər saundtrek albomunun təsvir siyahısı vardır. Təsvir albomunda 4 trekin bəstəkarı Co Hisaişidir.[22] Bu siyahıda isə 10 trek vardır.
Təsvir albomunun siyahısı | ||||
---|---|---|---|---|
Yaponca adı | İngiliscə adı | Müəllif | Trekin davam etmə müddəti | |
1 | あの夏へ (Ano natsu e?) | To that Days' River | Umi | 3:54 |
2 | 夜が来る (Yoru ga kuru?) | Night is Coming | Co Hisayşi | 4:25 |
3 | 神々さま (Kamigami-sama?) | Gods | Shizuru Otaka | 3:55 |
4 | 油屋 (Yuya?) | Bathhouse | Tsunehiko Kamijō | 3:56 |
5 | 不思議の国の住人 (Fushigi no kuni no jyūnin?) | The People in Wonderland | Co Hisayşi | 3:20 |
6 | さみしいさみしい (Samishii samishii?) | Lonely lonely | Monsieur Kamayatsu | 3:41 |
7 | ソリチュード (Sorichūdo?) | Solitude | Rieko Suzuki y Hiroshi Kondo |
3:49 |
8 | 海 (Umi?) | The Sea | Co Hisayşi | 3:22 |
9 | 白い竜 (Shiroi ryū?) | White Dragon | Rikki | 3:33 |
10 | 千尋のワルツ (Chihiro no warutsu?) | Chihiro's Waltz[23] | Co Hisayşi | 3:20 |
Ölkələrdə gəliri
redaktə"Ruhlarla sovrulanlar" animasiya filmi bütün ölkələrdə məşhurluğu ilə seçilirdi. "Ruhlarla sovrulanla" animasiyasının büdcəsi ABŞ dolları ilə 10 milyon olub. Bu animasiya filmi ABŞ-də ilk həftədə $449 839 min, ümumi hesabda isə $10 milyon gəlir əldə etmişdir.[24] Animasiya filmi 20 sentyabr 2002-ci il tarixində dünya kinoteatrlarında göstərilmiş, bu göstərilmə 4 sentyabr 2003-cü il tarixində başa çatmışdır. Kinoteatrda göstərilişin ilk günündə animasiya $125 272 min dollar əldə etmişdir.[25] Animasiyanın ən böyük prokat gəliri $1 765 491 milyondur. "Ruhlarla sovrulanlar" animasiya filmi digər ölkələrdə $264 869 236 milyon, ümumi hesabda isə $274 925 095 milyon gəlir əldə etmişdir.[26]
Ölkə | Tamaşaçının sayı | Ölkə | Tamaşaçının sayı | Ölkə | Tamaşaçının sayı |
---|---|---|---|---|---|
Yaponiya[27][28] | 24.796.085 | İsveçrə | 62.295 | Niderland[29] | 23.367 |
Cənubi Koreya[30] | 2.880.690 | Argentina[31] | 57.918 | Kvebek[32] | 15.280 |
ABŞ[33] | 1.694.409 | Danimarka[34] | 55.410 | Norveç[35] | 15.107 |
Fransa[36] | 1.461.488 | Polşa[37] | 55.364 | Türkiyə[38] | 14.654 |
Almaniya[39] | 427.341 | İsveç[40] | 48.455 | Çexiya[41] | 10.693 |
Braziliya[42] | 321.544 | Finlandiya[43] | 38.080 | Estoniya[44] | 2.902 |
İspaniya[45] | 239.486 | Avstraliya[46][47] | 29.180 | Slovakiya[48] | 164 |
Böyük Britaniya[49] | 204.328 | Macarıstan[50] | 28.704 | Sloveniya[51] | 96 |
İtaliya[52] | 161.138 | Belçika[53] | 25.112 | Dünyada ümumi gəlir | 32.751.926 |
İstinadlar
redaktə- ↑ "«Ruhlarla sovrulanlar» animasiyasını istehsal edən şirkətlər". World-Art. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-22.
- ↑ Johnson, G. Allen. "Spirited away top grossing film in Japan". The San Francisco Chronicle.[ölü keçid] Yoxlanılıb 2009-02-01.
- ↑ "Spirited away top grossing film in Japan". 2012-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-01.
- ↑ "Sen To Chihiro No Kamikakushi Arxivləşdirilib 2012-12-04 at Archive.today". Yoxlanılıb: 13 May, 2012
- ↑ Best animation movies Rottentomatoes.com Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Reviews :: Spirited Away" (ingilis). rogerebert.com. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2008.
- ↑ 846 kino tənqidçinin rəy nəticəsi "Sight & Sound" jurnalında Arxivləşdirilib 2013-10-26 at the Wayback Machine Yoxlanılıb: 1 Yanvar 2013
- ↑ IMDb Top 250 Arxivləşdirilib 2012-06-01 at the Wayback Machine Yoxlanılıb: 1 Yanvar 2013
- ↑ The 100 Best Films Of World Cinema Empireonline.com Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine Yoxlanılıb: 1 Yanvar 2013
- ↑ "Spirited Away (2002)" (ingilis). Box Office Mojo. 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Avqust 2012.
- ↑ Dogo Onsen Arxivləşdirilib 2009-06-13 at the Wayback Machine japan-guide.com Yoxlanılıb: 2 yanvar 2013
- ↑ Notoya in Ginzan Onsen stop businees for renovation. Tenkai-japan: Cool Japan Guide-Travel, Shopping, Fashion, J-pop Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Yoxlanılıb: 2 Yanvar 2013
- ↑ The Making of Hayao Miyazaki's "Spirited Away" – Part 1 Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine. Jimhillmedia.com. Yoxlanılıb: 2 yanvar 2013
- ↑ "Spirited Away Captures Oscar" (ingilis). Anime News Network. 2008-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2008.
- ↑ "Bloody Sunday wins Golden Bear" (ingilis). BBC NEWS. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2008.
- ↑ "Spirited Away at Japan's Awards" (ingilis). BNFF 2002. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.05.2008.
- ↑ "List of award-winning films at the 25th Japan Academy Awards". Japan Academy Awards Association (Japanese). 2012-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May, 2012.
- ↑ europeanfilmawards.eu.
- ↑ "Yumi Kimura". Anime News Network. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7.05.2006.
- ↑ "Always With Me" trekinin fortepiano üçün not cədvəli Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine Yoxlanılıb 1 yanvar 2013
- ↑ Ruhlarla sovrulanlar animasiyasının rejissoru Hayao Miyazaki Arxivləşdirilib 2016-01-24 at the Wayback Machine Yoxlanılıb 1 yanvar 2013
- ↑ "Jō Hisaishi". Anime News Network. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7.05.2006.
- ↑ "Chihiro's Waltz" trekinin fortepiano üçün not cədvəli Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine Yoxlanılıb 1 yanvar 2013
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin ilk həftədə gəliri Kinopoisk.ru Arxivləşdirilib 2017-12-20 at the Wayback Machine Yoxlanılıb: 1 yanvar 2013
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin ilk günündə gəliri Kinopoisk.ru Yoxlanılıb: 1 yanvar 2013
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin gəliri Kinopoisk.ru Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine Yoxlanılıb: 1 yanvar 2013
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Yaponiya ölkəsində gəliri Arxivləşdirilib 2005-05-05 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Yaponiya ölkəsində gəliri Imdb.com Arxivləşdirilib 2017-01-14 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Niderland ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Cənubi Koreya ölkəsində gəliri Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Argentina ölkəsində gəliri Arxivləşdirilib 2017-01-14 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Kvebek ölkəsində gəliri Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin ABŞ ölkəsində gəliri Arxivləşdirilib 2021-08-18 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Danimarka ölkəsində gəliri Arxivləşdirilib 2012-02-28 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Norveç ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Fransa ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Polşa ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Türkiyə ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Almaniya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin İsveç ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Çexiya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Braziliya ölkəsində gəliri Arxivləşdirilib 2017-01-14 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Finlandiya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Estoniya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin İspaniya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Avstraliya ölkəsində gəliri Arxivləşdirilib 2013-02-08 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Avstraliya ölkəsində gəliri Screenaustralia.gov.au Arxivləşdirilib 2012-10-17 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Slovakiya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Böyük Britaniya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Macarıstan ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Sloveniya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin İtaliya ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 Dekabr 2012
- ↑ "Ruhlarla sovrulanlar" animasiya filminin Belçika ölkəsində gəliri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine Yoxlanılıb: 29 dekabr 2012
Xarici keçidlər
redaktə- Ruhlarla sovrulanlar — Internet Movie Database saytında
- "Ruhlarla sovrulanlar" animasiya filmi Japanese Movie Database
- "Ruhlarla sovrulanlar" animasiya filmi Kinopoisk.ru
- Ruhlarla sovrulanlar animasiyasının mükafatları
- Ruhlarla sovrulanlar Anime News Network.com
- "Studio Ghibli" studiyasının rəsmi veb saytı
- La Città Incantata Terrediconfine.eu
- "Ruhlarla sovrulanlar" animasiya filmi
- "Ruhlarla sovrulanlar" animasiya filminin mükafatlar siyahısı Imdb.com