Ruminiya Milli Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.
Tarixi
redaktə"ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır.
Öhdəlikləri
redaktəTəşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır.
Fəaliyyəti
redaktəKonfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır.
Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir.
Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Konfederasiya Rumıniya fəhlələrinin maraqlarına təsir göstərə biləcək hökumət tərəfindən verilmiş qərarlara öz mövqeyini ifadə edir, üzvlərini və ictimaiyyəti bu barədə daima məlumatlandırır.
Tərkibi
redaktəKonfederasiya heç bir inzibati orqandan, siyasi partiyadan asılı olmayan müstəqil təşkilatdır. İstənilən şəxs onun üzvü ola bilər.
Hazırda konfederasiyaya sahə müxtəlifliyi baxımından özəl və dövlət sektoru daxil olmaqla 38 sahə birliyi daxildir.
Rəhbərləri
redaktəHazırda təşkilatın rəhbəri 2009-cu ilin dekabr ayından Boqdan Hossudur.[1]
Beynəlxalq əməkdaşlıq
redaktəTəşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir.
Mənbə
redaktə- Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası — CNSLR Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 31.08.2012. (az.)
- ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
İstinadlar
redaktə- ↑ Statul ar putea economisi 166 mil. euro daca va concedia 70.000 de bugetari in 2010 Arxivləşdirilib 2022-03-11 at the Wayback Machine, 30.12.2009, zf.ro, accesat la 3 ianuarie 2010
Xarici keçidlər
redaktə- cartel-alfa.ro — Rəsmi saytı