Rumeli Hasari - Wikipedia
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir.
Rumeli Hasarı | |
---|---|
Rumeli Hisarı | |
41°05′05″ şm. e. 29°03′22″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul, Sarıyer |
Aidiyyatı | Konstantinopolun fəthi |
Sifarişçi | II Mehmed |
Tikilmə tarixi | 1452 |
Sahəsi | 60.000 m2 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir.
Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir.
Tikintisi
redaktəHasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür. Dənizdən baxanda sağ tərəfdəki qüllənin tikintisinə Saruca Paşa, sol tərəf tikintisinə Zağanos Paşa, sahildəki qüllənin inşasına da Xəlil Paşa nəzarət etmişdir. Buralardakı qüllələr də bu paşa adını daşıyırlar. Qalan inşası 31 Avqust 1452-ci ildə tamamlanmışdır.
Hasarın tikintisində istifadə olunan taxtalar İznik və Qara dəniz Ereğ-sindən, daşlar və əhəng Anadolunun müxtəlif yerlərindən və spoliler (yığım parça daş) ətrafdakı xarab Bizans quruluşlarından təmin edilmişdir. Memar Ə.H.Ayverdiyə görə hasarın tikintisində təxminən 300 usta, 700-800 fəhlə, 200 arabaçı, qayıqçı, transportyor və digər tayfa çalışmışdır. 60,000 kvadratmetr sahəni əhatə edən əsərin kargir həcmi təxminən 57,700 kubmetrdir.
Rumeli Hasarının Saruca Paşa, Xəlil Paşa və Zağanos Paşa adlarında üç böyük və Kiçik Zağanos Paşa ilə 13 ədəd irili-xırdalı bürcü yerləşir. Zəmin qatları ilə birlikdə Saruca Paşa və Xəlil Paşa qüllələri 9 mərtəbəli, Zağanos Paşa Qülləsi isə 8 mərtəbəlidir. Saruca Paşa Qülləsinin diametri 23,30 metr, divar qalınlığı 7 metr, hündürlüyü isə 28 metrdir. Zağanos Paşa Qülləsinin diametri 26,70 metr, divar qalınlığı 5,70 metr, hündürlüyü isə 21 metrdir. Xəlil Paşa Qülləsinin diametri 23,30 metr, divar qalınlığı 6,5 metr və hündürlüyü də 22 metrdir.
Rumeli Hasarı 1509-cu il Böyük İstanbul Zəlzələsində böyük zərər görmüş ancaq dərhal bərpa olunmuşdur. 1746-cı ildə çıxan yanğında taxta hissəsi xarab olub. Qala təkrar III Səlim (1789-1807) dövründə bərpa olunmuşdur. Qalan qüllələrini örtən taxta kornet yıxılanda, qala içi kiçik taxta evlərlə dolmuşdur. 1953-cü ildə prezident Cəlal Bayarın tapşırığı ilə üç Türk xanım memar Cahit Tamer, Selma Əmilər və Uca Eyüboğlu Anhegger qalanın bərpası üçün lazımi işlərə başlanmışlar, qala içindəki taxta evlər ümumiləşdirilərək dağıdılmış və bərpası həyata keçirilmişdir.
Bugünkü durumu
redaktəRumeli Hasarı bu gün muzey və açıq hava teatrı kimi istifadə edilir. Qalada açıq muzey fəaliyyət göstərir. Toplar, mərmilər və Körfəzi bağladığı deyilən zəncirin bir parçasından ibarət əsərlər bağçada nümayiş etdirilir.
Rumeli Hasarı həmçinin İstanbulun Sarıyer rayonundakı bir səmtdir. Hər ilin yaz dövründə konsertlərin başladığı məkan olaraq da istifadə olunur. Həmçinin çox sayda balıq restoranı mövcuddur.