Rusiya Osmanli Muharibesi 1768 1774 - Wikipedia
1768–1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı. Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı. Əsas hərbi əməliyyatlar 1770–1771-ci illərdə oldu. Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi. Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Krım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi). Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı. Rus ticarət cəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilərdi. Rus gəmilərinə ilk dəfə Qara dənizdə üzmək hüququ verildi. Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi. Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi. Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi.1676–1681-ci illerde Bağçasaray sülh müqavilesi bağlanmışdı, qeyd edək ki , bu müqavilə Rusiya-Osmanlı arasında bağlanan ilk müqavilə idi.
Rusiya-Osmanlı müharibəsi | |
---|---|
Tarix | XVIII əsr |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
redaktə Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |